Ölkədə yeni ət və süd istehsalçısı
15 may 2025
0000
"Shirvan Agro" şirkəti Azərbaycanda və ümumilikdə regionda ət və süd istehsalı sahəsində fəaliyyət göstərən ən iri kənd təsərrüfatı şirkətidir. Şamaxı rayonunda 103 hektar ərazidə yerləşən heyvandarlıq kompleksi bu il fəaliyyətə başlayacaq. Bölmə Kompleksin ətlik mal-qaranın yetişdirilməsi və bəslənməsi üzrə bölməsində 3000 baş, süd istehsalı üzrə isə 2400 baş mal-qara var. Gələcəkdə 3600 baş dana əlavə edilməsi nəzərdə tutulur ki, bu da , bu da təsərrüfatdakı ümumi heyvan sayını 9000 başa çatdıracaq. Kompleksdə süd istiqamətli Holşteyn və ətlik Şarole, Simmental, Aberdin-Angus və digər cinslər təqdim olunur.
Ərazidə ət emalı zavodu da fəaliyyət göstərir. Ət istehsalının əsasını steyklər və mal əti təşkil edir. Bu məhsulların hazırlanması üçün xüsusi ultrabənövşəyi işıqlandırmaya malik otaq inşa edilib. Kompleksdə, həmçinin Azərbaycanda ilk və ən iri karusel tipli sağım sistemi quraşdırılıb. Ümumilikdə, ildə 2 min ton ət və 25-30 min litr süd istehsalı nəzərdə tutulur. Gələcəkdə əsas məqsəd damazlıq təsərrüfatın yaradılması və onun məhsullarının bazara çıxarılmasıdır. "Shirvan Agro" şirkəti, sərgidə öz stendi ilə təmsil olunan İsrailin "Afimilk" şirkəti ilə sıx əməkdaşlıq edir. Təsərrüfat ən müasir texnoloji sistem və avadanlıqlarla təchiz olunub ki, bu da heyvanlara maksimum qulluq və gündəlik sağlamlıq nəzarətini təmin edir. Müəssisədə Şamaxı rayonunun sakinləri və xarici mütəxəssislər daxil olmaqla 200-dən çox əməkdaş çalışacaq.
Şirkətin sərgidə iştirakının əsas məqsədi "Shirvan Agro" şirkətini ölkənin yeni ət və süd istehsalçısı kimi bazarda təqdim etməkdir. Hazırda müəssisənin əsas vəzifəsi məhsulların satışını təmin etmək üçün müştəri bazası formalaşdırmaqdır. Sərgidə iştirak edən iri süd məhsulları istehsalçıları keyfiyyətli xammalla maraqlanır. Digər tərəfdən, ətin topdansatış alıcıları, ət məhsulları istehsalçıları, supermarketlər və restoranlar "Shirvan Agro" şirkətinin ət çeşidinə maraq göstərə bilərlər. Keyfiyyətli məhsulun təqdimatı, dünya təcrübəsinin və heyvandarlıq sahəsindəki müasir nailiyyətlərin öyrənilməsi, eləcə də uzunmüddətli əməkdaşlığın qurulması üçün “Caspian Agro” sərgisi ən uyğun platformadır.
Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin "Shirvan Agro" şirkətinin stendini ziyarət etməsi bu istehsal sahəsinin ölkənin kənd təsərrüfatının inkişafında nə qədər böyük əhəmiyyətə malik olduğunu göstərir və şirkət üçün böyük məsuliyyət yaradır.