Regionun kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq sərgisi hesab edilən “Caspian Agro” hər il olduğu kimi bu il də aqrar sahədə çalışanlara yeni texnika, texnologiyalar və sistemlər ilə tanış olmaq imkanı yaradır. Bu sərgi həm də aqrar sahədə çalışan mütəxəssis və sahibkarlar, o cümlədən xaricdən gələn nümayəndələr arasında qarşılıqlı fikir mübadiləsi aparmaq, əməkdaşlıq əlaqələri qurmaq üçün mühüm platforma rolunu oynayır. Kənd təsərrüfatının inkişaf etdirilməsi artıq yalnız texnika və texnologiyaların tətbiqi ilə deyil, həmçinin iqlim dəyişikliklərinin yan təsirlərinə qarşı önləyici tədbirlərin görülməsi ilə mümkündür.
Məcnun Məmmədov
Azərbaycan Respublikasının Kənd Təsərrüfatı naziri
2024
İnanıram ki, qida zəncirinin bütün mərhələlərində fəaliyyət göstərən tərəflərin iştirak etdiyi bu beynəlxalq tədbir qida sahəsində məhsul və xidmətlərin nümayiş etdirilməsinə, yeni işgüzar əlaqələrin qurulmasına və genişləndirilməsinə böyük töhfə verəcək.
Qoşqar Təhməzli
AQTA sədri
2024
“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ölkəmizin kənd təsərrüfatı və qida sənayesi sahəsində qazandığı uğurları, bu sahədə fəaliyyət göstərən sahibkarların nailiyyətlərini əyani şəkildə görməyə imkan yaradır. Bu sərgilər həmçinin innovativ yeniliklər barədə məlumatlandırır, müvafiq sahələrdə biznesin qurulmasını və inkişafını təşviq edir, qabaqcıl təcrübə mübadiləsi üçün əlverişli platforma rolunu oynayır. Hər il sərgilərdə çoxlu sayda yerli və xarici şirkətlərin iştirak etməsi, ziyarətçi axını da aqrar sahəyə və bu sektordakı yeniliklərə istehlakçıların və biznesin marağından xəbər verir.
Orxan Məmmədov
İdarə Heyətinin sədri,
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)
2024
Bu cür tədbirlərin keçirilməsi iqtisadiyyatımızın qeyri-neft-qaz sektorunun inkişafı kimi strateji hədəfi olan AZPROMO üçün dayanıqlı artımın təmin edilməsi baxımından önəmlidir. Sərgilər qida məhsullarının nümayişi və sahibkarların əlaqələndirilməsi ilə yanaşı, ölkəmizin ənənəvi sektoru sayılan kənd təsərrüfatı sahəsində məhsuldar qida istehsalı sistemlərinin yaradılmasına və qlobal təcrübələrin tətbiq olunmasına töhfə verə biləcək tərəfdaşlıqların qurulmasına şərait yaradan əlverişli bir platformadır.
Yusif Abdullayev
AZPROMO-nun icraçı direktoru
2024
Bugün iqtisadiyyatın əsas həlqələrdən biri olan kənd təsərrüfatının inkişafı ilə bağlı keçirilən, artıq ənənə halını almış “Caspian Agro” və “Interfood Azerbaijan” sərgilərin ölkəmizdə keçirilməsi isə dünya ölkələrinin Azərbaycanın aqrar və kənd təsərrüfatı sənayesinə marağını artırır, həmçinin bioloji təmiz məhsulların istehsalında xüsusən də işğaldan azad edilmiş ərazilərimizə investisiya cəlb olunmasına imkanlar açır.
Məmməd Musayev
Prezident
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası
2024
Artıq “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri, hər il yüzlərlə yerli və xarici şirkəti bir araya gətirərək, regionda qida sənayesi üzrə misilsiz ənənəvi görüş yerinə çevrilmişdir. Sərgilər, qida sənayesinin müxtəlif sektorları arasında yeni əməkdaşlığın qurulması, yüzlərlə müqavilənin imzalanmasını təşviq etməklə, qida sənayesi müəssisələrinin və sənayenin inkişaf dinamikasına mühüm təsir göstərir. “InterFood Azerbaijan” və “Caspian Agro” sərgiləri işgüzar şəxslər və peşəkarlar üçün qida sənayesində ən son texnoloji yenilikləri təqdim edən mühüm peşəkar məlumat mənbəyi və inkişaf platformasıdır.
Emin Dostiyari
İdarə Heyətinin sədri
Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası
2024
2024-cü il Azərbaycan üçün önəmli ildir. “COP29”-un ev sahibi kimi Azərbaycan aqrar-sənaye sektorunun gördüyü innovativ işləri dünyaya nümayiş etdirmək imkanına malikdir. Bu məqsədlərə məhz bu kimi sərgilər sayəsində nail olunur: onlar heyvandarlıq, quşçuluq və bağçılıq da daxil olmaqla müxtəlif sektorları bir araya gətirir və kənd təsərrüfatında rəqəmsallaşmanın vacibliyini vurğulayır. Onlar həm yerli, həm də beynəlxalq tərəfdaşlarla əlaqələr qurulması ilə yanaşı, ekspertlər, özəl sektor və fermerlər üçün öz bilik və təcrübələrini bölüşmək üçün əla imkan yaradır.
Nasar Hayat
FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə Ofisinin rəhbəri
2024