Azərbaycan fermerləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə yaxından tanış olurlar

Azərbaycan fermerləri “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri ilə yaxından tanış olurlar

15 may 2025 0000
Ariz Abuzərov, Hacıqabul Dövlət Kənd Təsərrüfatı İnkişafı Mərkəzinin direktoru

Bu il bizim mərkəzimiz tərəfindən Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinə on fermer təsərrüfatının nümayəndələri üçün ziyarət təşkil olundu. Aqrar sahədə çalışanlar, yəni torpaqla birbaşa məşğul olan fermerlər üçün sərgilərə qatılmaq çox dəyərli bir təşəbbüsdür. Son illər ərzində fermerlərimiz kənd təsərrüfatındakı sahəsindəki ən yeni texnologiya və innovativ fikirlərlə birbaşa istehsalçılardan öyrənərək tanış olmaq imkanı əldə edirlər.

Azərbaycanın iqlimi müxtəlifdir və müxtəlif bölgələrdən olan fermerlər üçün fərqli istiqamətlər maraq doğura bilər. Məsələn, bizim bölgə üçün suvarma və su məsələləri, suyun daha səmərəli istifadəsi ilə məhsuldarlığın artırılması çox vacibdir. Sərgidə bu mövzu ilə bağlı bütün mühüm sahələr nümayiş olunub və hər bir bölgədən olan aqrar sahə işçiləri burada özlərini maraqlandıran məlumatları əldə edib, peşəkar məsləhətlər ala bilərlər. Sərgidə işgüzar əlaqələr qurulub və bu əlaqələrin gələcəkdə tətbiq olunması vacibdir.


 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN