Yerli biznesin kənd təsərrüfatında qazandığı uğurlar sevindiricidir

Yerli biznesin kənd təsərrüfatında qazandığı uğurlar sevindiricidir

15 may 2025 0000
Ənvər Quliyev, Qubadlı Dövlət Kənd Təsərrüfatı İnkişafı Mərkəzinin direktoru

Kənd təsərrüfatı sərgilərinin keçirilməsi biz aqrar sahə nümayəndələri üçün son dərəcə vacib və əhəmiyyətlidir. Sərgi yüksək səviyyədə təşkil olunub. Nümayiş edilən ekspozisiyalar və sərginin işgüzar proqramının zəngin məlumat məzmunu ilbəil biliklərimizi artırır və təsərrüfatlarımızı daha səmərəli idarə etmək üçün imkanlarımızı genişləndirir. Məni sevindirən ən vacib məqam odur ki, Azərbaycanlı şirkətlər sərgidə daha çox yer tuturlar. Bu, yerli biznesin kənd təsərrüfatı sahəsindəki inkişafını və xarici istehsalçılara olan asılılığın azalmasını nümayiş etdirir.

2025-ci il sərgisinə bizim mərkəzimiz tərəfindən on fermerin iştirakı təşkil olunub. Bu fermerlər əkinçilik, arıçılıq, bağçılıq və heyvandarlıqla məşğuldurlar. Hər biri öz sahəsinə dair maraqlı və faydalı məlumatlar əldə etdi. Bu məlumatlara ilk dəfə gördüyümüz bəzi kənd təsərrüfatı texnikaları ilə yanaşı, toxumlar, gübrələr, tinglər və digər zəruri təsərrüfat vasitələri də daxil idi. Bununla yanaşı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) stendi də diqqətimizi çəkdi. Orada bizim bölgədən olan arıçılıq təsərrüfatlarını görmək çox sevindirici oldu. Düşünürəm ki, bu cür tədbirlər fermerlərimiz üçün faydalı təcrübə və gələcək sərgilərdə öz məhsullarını təqdim etmək üçün əlavə imkanlar yaradacaq.


 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN