Green Automation şirkətindən yaşıl bitkilərin yetişdirilməsi sistemləri

Green Automation şirkətindən yaşıl bitkilərin yetişdirilməsi sistemləri

15 may 2025 0000
Roman Kurjunov, “Green Automation Group” şirkətinin baş direktoru

Finlandiya mühəndislik şirkəti olaraq, biz göyərtimüxtəlif yaşıl bitkilərin yetişdirilməsi üçün xətlərin layihələndirilməsitikintisi ilə məşğuluq. Bu, istixana sahəsinin çox dar bir istiqamətidir və bu gün biz bu sahədə dünyanın aparıcı şirkətiyik.

Biz dünyanın bir çox ölkəsində əsasən satış bazarlarımızın yerləşdiyi ABŞ, Kanada, Avropa ölkələrində keçirilən bir çox beynəlxalq sərgilərdə iştirak edirik. Hər il yeni ölkələr seçirik ki, məhsullarımızı orada tanıda bilək. Bu il həmin ölkələr Azərbaycan, Qazaxıstan və Türkiyədir. Qlobal bazarı daha dərindən anlamaq üçün bu cür peşəkar sərgilərdə iştirakımız vacibdir. Məhz bu səbəbdən biz bu gün Bakıda, “Caspian Agro” sərgisindəyik.

Sərgidə əlaqə qurduğumuz şəxslərlə ünsiyyət və ilkin bazar monitorinqi göstərdi ki, Azərbaycanda bizim texnologiyalara bənzər sistemlər mövcud deyil. Bu isə bizə göyərti və yaşıl bitkilərin yetişdirilməsi texnologiyalarını ölkədə tətbiq edən ilk şirkət olmaq imkanı yaradır. “Green Automation” şirkəti iki növ yetişdirmə sistemi təklif edir: biri doğranmış kiçik yarpaqların istehsalı üçün optimallaşdırılıb, digəri isə bütöv göyərti istehsalı üçün nəzərdə tutulub. Yetişdirmə sistemləri yüksək səviyyədə avtomatlaşdırılıb və kommersiya məqsədli hidropon üsulla bitki yetişdirilməsi üçün nəzərdə tutulmuşdur. Bu sistemlər istixanada maksimum effektivliyi təmin edəcək şəkildə layihələndirilib, bütün yetişdirmə prosesi insan müdaxiləsi olmadan həyata keçirilir. Bu da investorlar üçün çox tez qaytarılan sərmayə və 30-40 faiz həcmində gəlir təmin edir.

Ümumilikdə, “Caspian Agro” sərgisi bizdə çox müsbət təəssürat yaratdı. Burada kənd təsərrüfatı və qida sənayesinin demək olar ki, bütün sahələri təmsil olunub. Azərbaycan kimi kiçik bir ölkə üçün bu sərgi həm iştirak edən şirkətlərin səviyyəsinə, həm də peşəkar və maraqlı ziyarətçilərin sayına görə çox yüksək səviyyədə təşkil olunub. Şəxsi fikrimcə, sərgi zonalarının sahələr üzrə strukturlaşdırılması, xüsusən də bitkiçilik sektorunun ayrıca bölmə kimi ayrılması daha yüksək nəticə verə bilər.


 

Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN