Bir çox fermerlər sərgiləri ziyarət etməyə can atırlar
15 may 2025
0000
Rauf Minhacov, Qusar Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru
Qusar rayonu Azərbaycanın əsas kənd təsərrüfatı bölgələrindən biridir. Rayonumuzun fermerləri hər zaman “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini böyük məmnuniyyətlə ziyarət edirlər. Bu tədbirlər kənd təsərrüfatı sahəsində innovativ həlləri öyrənmək, həmçinin fermerlərimizin öz təsərrüfatlarında tətbiq edə biləcəkləri yeni kənd təsərrüfatı texnikası, avadanlıqları, toxum və gübrələrlə tanış olmaq imkanı yaradır.
Bu il rayonumuzdan sərgiləri on aparıcı fermer təsərrüfatının nümayəndəsi ziyarət etdi. Xüsusilə qeyd etmək istəyirəm ki, sərgiləri ziyarət etmək istəyənlərin sayı bundan qat-qat çoxdur. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərində iştirakla bağlı çoxsaylı müraciətlər bizə hələ sərgilər başlamamışdan xeyli əvvəl daxil olmağa başlayır. Sərgini ziyarət edə bilməyənlər üçün burada toplanmış bütün məlumatları Regional Mərkəzimiz vasitəsilə çatdırırıq.
Sərginin təşkilatçılarına, eləcə də bu möhtəşəm tədbirin keçirilməsində iştirak edən bütün nazirlik və qurumlara təşəkkürümü bildirmək istəyirəm.