Pərvin Salahova, şöbə müdiri, Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
Azərbaycan Respublikasının İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi Medinex sərgisinin daimi iştirakçısı və tərəfdaşıdır. Agentliyin əsas missiyası əhalinin sağlamlığın qorunması, sağlam həyat tərzinin təşviqi, eləcə də ölkə vətəndaşlarına təqdim edilən tibbi xidmətlər barədə maarifləndirmə aparmaqdan ibarətdir.
Agentliyin stendində istifadəçilərə TƏBİB-in xidmətləri və yenilikləri ilə tanış olmaq imkanı yaradan yeni mobil tətbiq, eləcə də Agentliyin fəaliyyəti və göstərdiyi xidmətlər barədə məlumat əldə etməyə imkan verən innovativ tətbiq təqdim olunur. Stenddə həmçinin sağlam həyat tərzini təbliğ edən velosiped-trenajor da sərgilənir.
Stenddə icbari tibbi sığorta çərçivəsində tibbi xidmətlərdən yararlanan vətəndaşların rəylərini əks etdirən video materiallar nümayiş olunur. Bundan əlavə, işgüzar görüşlər üçün xüsusi zona ayrılıb.
Sərginin daimi iştirakçıları olaraq biz hər il yeni layihələr təqdim edirik. İlk növbədə, icbari tibbi sığorta sisteminə daxil olan yeni tibb müəssisələri və xidmətləridir. Bu xidmətlərin sayı və çeşidi mütəmadi olaraq artır və bizim əsas vəzifəmiz bu barədə vətəndaşlara məlumat verməkdir. Bu il siyahı bir neçə özəl klinika ilə genişlənib.
Medinex-2025 çərçivəsində biz həmçinin istifadəçilərə öz tələblərinə uyğun tibb müəssisəsini tapmaq imkanı verən axtarış sistemini təqdim edirik.
Sərgidə qarşımıza qoyduğumuz məqsədlərdən biri xarici iştirakçılarla əməkdaşlıqların qurulması, görüş və danışıqların aparılması, beynəlxalq təcrübənin öyrənilməsidir. Xüsusilə sərginin işgüzar proqramı böyük maraq doğurur — çünki burada rəqəmsal tibb və tibbdə innovativ həllərlə bağlı maraqlı seminarlar keçirilir. Əminəm ki, sərgi imkanlarımızı və biliklərimizi daha da genişləndirəcək, tərəfdaşlıq əlaqələrimizin sayını artıracaq.