Medinex sərgi brendinin effekti və faydası

Medinex sərgi brendinin effekti və faydası

30 oktyabr 2025 0000

“ASCENT” şirkətinin satış meneceri, Sevda Həsənağayeva

“ASCENT” distribütor şirkəti 2017-ci ildən etibarən Azərbaycan bazarında fəaliyyət göstərir. Biz tibbi avadanlıq və ləvazimatların aparıcı istehsalçılarının geniş çeşiddə məhsullarını təklif edirik. Bu sərgidə biz Erba Mannheim şirkətinin laboratoriya avadanlıqlarını nümayiş etdiririk. Bu istehsalçının məhsulları postsovet məkanında yaxşı tanınır və uzun illərdir həm tibbi, həm də qeyri-tibbi tədqiqatlar üçün geniş şəkildə istifadə olunur.

Biz Erba Mannheim şirkətinin Azərbaycandakı rəsmi distribütoruyuq və özəl və dövlət sektorunda fəaliyyət göstərən laboratoriyalara biokimyəvi analizlər, qan, sidik və digər analizlər üçün avadanlıq təqdim edirik.

Laboratoriya avadanlıqları ilə yanaşı, müştərilərimizi dərman preparatları və tibbi sərfiyyat materialları ilə də təmin edirik — tonometrlər, termometrlər, plastırlar, iynələr və idman təbabəti üçün nəzərdə tutulmuş çoxsaylı məhsullar bunlara daxildir.

Məhsullarımız bazarda yaxşı tanınır, lakin brendin daha da irəliyə aparılması məqsədilə Medinex sərgi meydançasının yaratdığı imkanlardan və təşkilatçıların təqdim etdiyi geniş xidmət spektrindən böyük həvəslə yararlandıq. Necə deyərlər, bu imkandan yan keçə bilməzdik.

Biz beynəlxalq sərgidə ilk dəfə iştirak edirik və sərginin gedişindən olduqca məmnunuq. Sərgi bütün gözləntilərimizi üstələdi. Əminəm ki, burada çoxlu tərəfdaşlar və dostlar tapacağıq. Ziyarətçilərin məhsullarımıza maraq göstərməsi bizi xüsusilə sevindirir. Onlar stendimizdəki ekspozisiya ilə diqqətlə tanış olur, çoxsaylı suallar verir və bizim şərh və tövsiyələrimizi maraqla dinləyirlər. Beləliklə, artıq ilk gündən Medinex sərgi brendinin effekti və faydası öz ən yüksək səviyyədə nümayiş olundu.

“ASCENT” stendinə olan maraq gün ərzində azalmır. Bu, təkcə brendimizin tanınması ilə deyil, ölkənin tibbi ictimaiyyətinin sərgiyə olan böyük marağı ilə də bağlıdır. Biz hesab edirik ki, bu sərgi bizim üçün bir neçə yeni peşəkar mərhələyə yüksəlişin başlanğıcı olacaq.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN