Müasir texnologiyanın ən yaxşı nümunələrini "canlı" görmək imkanı

Müasir texnologiyanın ən yaxşı nümunələrini "canlı" görmək imkanı

23 may 2022 0000

İlya Polyakov, “CF&S Estonia AS” Dəmir Yolu İdarəsinin rəisi

Təmsil etdiyim şirkət gəmiçilik şirkətidir. Mən “CaspianAgro” sərgisinə gəlmişəm və bu sahədəki yenilikləri öyrənmək, ən əsası isə kənd təsərrüfatı və digər malların daşınması üçün əməkdaşlar,  və müştərilər tapmağa maraq göstərirəm.

Bu sərgiyə ilk gəlişimdir. “New Holland” stendində ixrac edilən zeytun kombaynları məni heyran etdi. Bu avadanlığın daşınması üçün tələbim var idi; lakin təəssüf ki, onu dəmir yolu ilə daşımaq mümkün deyil.

Sərgi müasir texnologiyanın ən yaxşı nümunələrini “canlı” görmək imkanı yaratdı. Ümumiyyətlə, pandemiyadan sonra bu qədər çox insan görmək xoşdur. Çoxlu mütəxəssisin toplaşdığı bu məkanda siz bu müddət ərzində yığılıb qalmış peşəkar məsələləri müzakirə edə, köhnə dostları görə və yeni insanlarla tanış ola bilərsiniz. Sərgi həmişə yeni tanışlıqlar və müştərilərlə bağlı imkan təqdim edərək, biznesimizdə yeni bir mərhələ yaradır. Bakıya gəlməyi sevirəm. Burada həmişə hava yaxşı olur, dadlı yeməkləri var və çox qonaqpərvər şəhərdir.


TƏRƏFDAŞLAR

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN