Baytarlarla faydalı görüşlər

Baytarlarla faydalı görüşlər

19 may 2023 0000

Şakir Zeynalov, "Dəri Servis" Azərbaycan şirkətinin direktoru

Hər zaman "Caspian Agro" sərgilərinə getməyə çalışıram və bu tədbirin miqyasını və cəlbediciliyini xüsusi qeyd etmək istəyirəm.

İşim qoyunlarla əlaqəli olduğundan (Gəncədə qoyun yunu və dəri istehsalı),

marağım xüsusi xarakter daşıyırdı.

Eləcə də, digər ev heyvanları üçün baytarlıq preparatları ilə maraqlanırdım.

Almaniyanın "Caisley International"(ixtisaslaşdırılmış avadanlıq) şirkətinin məhsullarını — mal-qaranın elektron identifikasiya sistemi üçün geno-qulaq birkalarını (sərgidə Almaniya pavilyonu) bəyəndim.

Həmçinin müəyyən Rusiya və Belarus məhsulları da marağımı cəlb etdi.

Şirkətimin baş ofisi Bakıdadır ki, bu da potensial tərəfdaşlarla danışıqların aparılmasını asanlaşdırır.

Sərgini ziyarət etmək çox faydalı oldu və onun təşkilinə görə minnətdarlığımı bildirirəm.


Sponsorlar

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN