“Sərgi bizim üçün çox məhsuldar keçir!”

“Sərgi bizim üçün çox məhsuldar keçir!”

17 may 2024 0000

Daniil Sergeyenko, "FEEDEXPERT" şirkətinin inkişaf üzrə direktoru

Baş ofisi Krasnodarda yerləşən "Feedexpert" şirkəti kənd təsərrüfatı heyvanları (iribuynuzlu və xırdabuynuzlu heyvanlar, quşlar, arılar) üçün yem qarışıqları və yem əlavələri, həmçinin bitkilər üçün gübrələr istehsal edir.

Azərbaycana ilk dəfədir ki, gəlirik. Dövlət proqramı çərçivəsində Rusiya Federasiyasının Krasnodar diyarının İxraca Dəstək Mərkəzi ilə birlikdə gəldik və "Caspian Agro" Beynəlxalq Sərgisində iştirak etdik. Biz artıq yerli istehsalçılarla tanış olmaq, həmçinin "Azərsun" və "Bakıyem" kimi yerli şirkətlərin timsalında potensial müştərilər tapmaq imkanı əldə etmişik. Buna görə də bu sərginin bizim üçün çox məhsuldar keçdiyini deyə bilərik.

Bütün iştirakçılar üçün faydalı olan bu cür ixtisaslaşdırılmış sərgilərin keçirilməsini alqışlayırıq. Sərgilər zəngin ünsiyyət imkanı yaradır, hansı şirkətlərin ödəmə qabiliyyətli olduğunu və kiminlə əməkdaşlıq edə biləcəyinizi göstərir. Bir sözlə, belə tədbirlər sayəsində siz telefon və ya e-poçt vasitəsilə əlaqə saxlamaqdan daha çox şey əldə edə bilərsiniz. Canlı ünsiyyət hər zaman üstündür. Onsuz iş görmək mümkün deyil. Aylarla təcrid şəraitində olduğumuz pandemiya dövrünü xatırlamaq kifayətdir.
 


SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN