Bertuğ Karakule, "KAHRAMAN FİDANCILIK" şirkətində kənd təsərrüfatı üzrə baş mühəndis
1975-ci ildə fəaliyyətə başlayan Türkiyənin “Kahraman Fidancılık” şirkəti həm daxili, həm də xarici bazarda meyvə ağacları tinglərinin yetişdirilməsi və satışı ilə məşğuldur. Şirkət illik 250 min ədəd ting, 250 ton meyvələr istehsal edir. Biz şaftalı, heyva, nektarin, əncir, ərik, alma, armud, albalı və əzgil kimi meyvə ağacları üzrə ixtisaslaşmışıq.
“Kahraman Fidancılık” məhz “Caspian Agro” Beynəlxalq Sərgisi sayəsində artıq 14 ildir ki, Azərbaycan bazarındadır. Bu illər ərzində davamlı olaraq bu sərgidə iştirak edirik. Bu müddət ərzində şirkət tərəfdaşlar tapmağa, istehlakçılarla sıx əlaqələr qurmağa və meyvə bazarında özünə layiqli yer tutmağa nail olub.
Bu səviyyədə və miqyasda sərgilər həm təşkilatçı ölkə, həm də bütün iştirakçılar üçün çox vacibdir. Əgər əvvəllər xarici şirkətlərin sayı az idisə, indi onların sayı qat-qat artıb. Məsələn, artıq “Caspian Agro” sərgisində Hindistan, İtaliya, Pakistan və Misir şirkətlərinin stendlərinə rast gəlmək olar. Hər bir iştirakçı öz məhsulları haqqında danışarkən həm də təəssüratlarını bölüşür. Şirkətlərin bu cür müxtəlifliyi sağlam rəqabət yaradır və bu da, öz növbəsində, bizi keyfiyyətli məhsul istehsal etməyə sövq edir.
İqtisadiyyatın, sənayenin və ticarətin inkişafında Azərbaycanın əldə etdiyi nailiyyətlər göz önündədir. Kənd təsərrüfatına gəlincə, vəziyyət də müsbətə doğru dəyişib. Ölkədə əkin sahələrinin becərilməsi, meyvə ağaclarının əkilməsi və yetişdirilməsi prosesi yaxşılaşdırılıb. Azərbaycan bazarında fəaliyyət göstərdiyimiz 14 ildən artıq müddət ərzində bir dənə də olsun şikayət almamışıq. “Kahraman Fidancılık” şirkətinin məhsulları həmişə rəqiblərini üstələyib.
Beynəlxalq sərgilərə gəlincə, Avropada onlar Azərbaycan və Türkiyəyə nisbətən daha çox ixtisaslaşıb. Ola bilsin ki, bu, “Köhnə Dünya”da sərgi sənayesinin 40-50 ildir mövcud olması, bizdə isə bu sahənin hələ gənc olması ilə bağlıdır. Lakin zaman keçdikcə ölkələrimiz sərgilərin keçirilməsini təkmilləşdirəcək, onları ixtisaslaşmış formata keçirəcəklər.