Bütün sərgini görmək üçün bir gün kifayət etmir

Bütün sərgini görmək üçün bir gün kifayət etmir

16 may 2025 0000
Mehmen Çümen, “Polen” şirkətinin satış direktoru

Təmsil etdiyim şirkət qarğıdalı, soya, günəbaxan, pambıq, şirin qarğıdalı, yonca və digər bitkilərin toxumlarının seleksiyası və istehsalı, həmçinin yerli iqlim şəraitinə uyğunlaşdırılması ilə məşğul olur.

Mən Bakıda keçirilən sərgiyə ilk dəfədir ki, qatılıram və buraya gəlməyimin məqsədi yerli bazarı öyrənmək, biznes əlaqələri qurmaq, yerli şirkət və əkinçiliklə məşğul olan fermerlərlə əməkdaşlıq qurmaq, qarşılıqı faydalı əlaqələr formalaşdırmaqdlr. “Polen” bir şirkətlər qrupudur və bizim bir neçə bölməmiz artıq Azərbaycanla aktiv əməkdaşlıq edir. Mənim əsas vəzifəm əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar araşdırmaqdır. Məncə, “Caspian Agro” sərgisi bu məqsəd üçün ideal bir platformadır.

Sərgi böyük və məzmunludur, qısa müddət ərzində geniş əlaqələr qurmaq imkanı yaradır. Mənim üçün maraqlı olan şirkətlərlə tanışlığa bir gün kifayət etmədi. Buna görə də sərginin ikinci günü də buraya gəldim. Birinci gün, sözsüz ki, çox vacib iki görüşüm oldu. İkinci günün də görüş siyahısı heç də az deyil. Məncə, bu, sərginin səviyyəsinin göstəricisidir və iştirakçıların sayına və keyfiyyətinə görə nə qədər əhatəli olduğunu təsdiqləyir. Təbii ki, sərgi prosesi çox intensiv keçir. Biz bu prosesi əsasən tanışlıq və ilkin əlaqələrin qurulması üçün istifadə edirik. Düşünürəm ki, sərgidən sonra məni böyük bir analitik iş gözləyir.

 

Rəsmi Bank

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN