Xarici istehsalçıların təklif etdiyi məhsul və xidmətləri təhlil etmək

Xarici istehsalçıların təklif etdiyi məhsul və xidmətləri təhlil etmək

1 noyabr 2025 0000
Camal Əliyev, kommersiya meneceri, CCI APAC (Sinqapur)

-Mən Sinqapurda yaşayıram və fəaliyyəti tibbi sənaye üçün inqrediyentlərin tədarükünü əhatə edən bir şirkətdə çalışıram. Medinex sərgisinə gəlməyimin əsas məqsədi yerli bazarı araşdırmaq, xarici iştirakçılarla əlaqələr qurmaq və dərman istehsalında tətbiq olunan innovasiyalarla tanış olmaqdır. Həmçinin, xarici şirkətlərin Azərbaycan şirkətlərinə və istehlakçılarına təklif etdiyi məhsul və xidmətləri təhlil etmək də bizim üçün vacibdir.

Sərgi mənim üçün olduqca məhsuldar keçir. Bir neçə şirkətin təklifləri xüsusi marağımı çəkdi. Məsələn, Oman şirkətləri yerli klinikada aparılan analizlərin nəticələrinə əsasən, diaqnozu məsafədən yoxlamağa imkan verən texnologiya təklif edirlər. Bu, “ikinci həkim rəyi” adlanır. Pasiyentin diaqnozunu xarici klinikada onlayn şəkildə yenidən dəqiqləşdirməsinə imkan verən bu ideya olduqca cəlbedicidir — bunun üçün xaricə getməyə ehtiyac qalmır. Zərurət olduqda isə pasiyentin müalicəsinin xaricdə təşkil edilməsi üçün tibbi turizm xidmətləri də təklif olunur. Həmçinin, yüksək keyfiyyətli cərrahi tikiş materialları təqdim edən Koreyanın Pine şirkətinin ekspozisiyası məni təsirləndirdi.

Hesab edirəm ki, Medinex sərgisi Azərbaycan səhiyyəsi üçün mütləq vacibdir. Çünki səhiyyə ölkə əhalisinin tamamını əhatə edən, həm ən çətin, həm də ən vacib sahələrdən biridir. Buna görə də sərgidə təqdim olunan innovasiyalardan xəbərdar olmaq və onları ölkəmizdə tətbiq etmək çox önəmlidir.


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN