Növbəti dəfə mütləq Medinex sərgisini ziyarət edəcəyik!

Növbəti dəfə mütləq Medinex sərgisini ziyarət edəcəyik!

1 noyabr 2025 0000

Tetiana Kuznetsova, “Olimp Labs” şirkətinin Şərqi Avropa ölkələri üzrə Biznesin İnkişafı meneceri

-Polşanın Olimp Labs əczaçılıq şirkəti öz məhsullarını dünyanın 100 bazarında təqdim edir. Biz qəbul olunmuş standartlara uyğun fəaliyyət göstəririk ki, bu da seçilmiş xammal və ən müasir texnologiyalar əsasında yüksək keyfiyyətli məhsullar istehsal etməyə imkan verir. Məhsullarımız ən yüksək təhlükəsizlik standartlarına uyğun hazırlanır və geniş çeşidli müasir texnologiyalardan istifadə etməyimiz Avropa və beynəlxalq sertifikatlarla (o cümlədən GMP, GLP) təsdiqlənmiş innovativ məhsulları bazara çıxarmağa şərait yaradır.

Medinex sərgisində biz istehlakçıların ehtiyaclarına ən yaxşı cavab verən dərman preparatları və bioloji aktiv əlavələr təqdim edirik. Bu sərgidə ilk dəfə iştirak edirik və nəticələrdən çox məmnunuq. Hətta deyə bilərəm ki, əldə etdiyimiz nəticələr gözləntilərimizi dəfələrlə üstələdi. Son vaxtlar Qazaxıstan, Özbəkistan və bir sıra digər ölkələrdə keçirilən tibb sərgilərində iştirak etmişik, lakin məhsullarımıza göstərilən bu qədər böyük diqqət və marağı məhz burada — Bakıda gördük. Peşəkar yanaşma və bizim preparatlara göstərilən səmimi maraq bizi çox sevindirdi.

Sərginin təşkilatçılarına ayrıca təşəkkürümü bildirmək istəyirəm. Sərgidə iştirakla bağlı, istər hazırlıq mərhələsində, istərsə də sərgi zamanı yaranan bütün məsələlər operativ şəkildə həll olunurdu. Bundan əlavə, dövlət qurumları və özəl sektor nümayəndələri ilə nəzərdə tutulan bütün görüşlər dəqiq və yüksək səviyyədə təşkil edilmişdi. Düşünürəm ki, sərginin nəticələrinə əsasən Azərbaycanla əməkdaşlıq perspektivlərimiz əhəmiyyətli dərəcədə genişlənəcək.

Növbəti dəfə də mütləq Medinex sərgisini ziyarət edəcəyik!


Rəsmi Bank

Rəsmi outdoor reklam tərəfdaşı

SƏRGİYƏ QALIB:

GÜN

SAAT

DƏQ

SAN