Ziyarət qaydaları

* Yaşı 18-dən yuxarı olan ziyarətçilər üçün sərgiyə giriş yalnız COVID-pasportu təqdim edildikdə mümkündür (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənəd təqdim edildikdə).
  • 18-20 may tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.
  • Sərginin mövzusuna aid fakültələrin tələbələri sərgini 19-20 may tarixlərində, girişdə tələbə biletini təqdim etməklə, ziyarət edə bilərlər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaqlar.
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz.

Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində pulsuz ziyarət;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

Dəvətnaməni əldə edin