Xəbərlər

Caspian Agro - İstehsalçılarla birbaşa əlaqə qura bildim

İstehsalçılarla birbaşa əlaqə qura bildim

23.05.2022

Xəbərlər

Fizuli Yusibov, fermer

- Azərbaycanın Tərtər rayonunda pambıqçılıqla məşğul olduğumuz fermer təsərrüfatım var. “Caspian Agro” sərgisində kənd təsərrüfatı texnikası, eləcə də torpağın becərilməsi, gübrələr, məhsula qulluq göstərilməsi və saxlanılması sahələrindəki yeniliklərlə maraqlandım.

Sərgidən aldığım təəssüratlar çox yaxşıdır. Mən yeni bir texnika ilə tanış oldum və ondan istifadə imkanları ilə bağlı müzakirələr apardım. Kök sistemi üçün gübrələr, eləcə də, yarpaq gübrələri ilə bağlı çoxlu maraqlı təkliflə də tanış oldum. Ən əsası isə, biz vasitəçi xərclərini aradan qaldıraraq, bu məhsulların istehsalçıları ilə birbaşa əlaqə qura bildik. Həmçinin, tərəvəz və meyvə yetişdirdiyim geniş həyətyanı sahəm də var. Sərgidə bağçaya və evdə istifadə üçün məhsul yetişdirilən bağçaya qulluq haqqında da maraqlı məlumatlar əldə edə bildim.

Müasir dövrdə kənd təsərrüfatı sahəsində yeni məhsullardan istifadə etmədən və təsərrüfata yenilikçi yanaşmalar tətbiq etmədən yaxşı nəticələr əldə etmək mümkün deyil. Sərgi ən son məlumatları əldə edə biləcəyiniz və qabaqcıl texnologiyalarla tanış ola biləcəyiniz bir platformadır. Ona görə də, belə sərgilər bizim kimi sahədə çalışan insanlar üçün son dərəcə əhəmiyyətli və faydalıdır.