Xəbərlər

Caspian Agro - Caspian Agro - yüksək işgüzar fəaliyyət, müasir texniki innovasiyalar

Caspian Agro - yüksək işgüzar fəaliyyət, müasir texniki innovasiyalar

20.05.2022

Xəbərlər

Mayın 20-də Bakı Ekspo Mərkəzində “Caspian Agro 15-ci Yubiley Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı” sərgisi öz işini başa çatdırıb. Bu sərgi “InterFood Azerbaijan 27-ci Azərbaycan Beynəlxalq Qida Sənayesi Sərgisi” ilə paralel olaraq keçirilib və rekord sayda milli və regional stendi bir araya gətirib.

Bu il “Caspian Agro” sərgisində dünyanın iyirmi ölkəsindən üç yüzə yaxın şirkət iştirak edib. Kənd təsərrüfatı sahəsində ən böyük beynəlxalq layihə olan bu sərgi haqlı olaraq Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqi, təcrübə mübadiləsi, yerli və xarici fermerlər arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsi üçün səmərəli vasitə adlandırılır..

Bu sərgi kənd təsərrüfatı sənayesinin əsas nümayəndələrini, yerli və xarici ekspertləri, idxalçıları, distribyutorları, topdan və pərakəndə ticarət nümayəndələrini bir platformada birləşdirmişdir. Ölkənin hər yerindən buraya fermerlər, sahibkarlar, biznes rəhbərləri gəlir, onların çoxu bu cür mühüm və faydalı sərgini hər il ziyarət edir. Məhz burada iş adamları nəinki bir-birilə təcrübə mübadiləsi aparır, həm də yeni bitki və heyvanları mühafizə vasitələri, suvarma sistemləri, istixana avadanlığı, mineral gübrələr, qarışıqlar və daha çox şeylə tanış olurlar.

Mütəxəssislərin əsl marağı ənənəvi olaraq kənd təsərrüfatı texnikası və avadanlıqlarına olmuşdur. İstər yerli istehsalı olan, istərsə də xaricdən gətirilən böyük ölçülü mexanizmlər və maşınlar, yığcam texniki avadanlıqlar dərhal iri və orta təsərrüfat rəhbərlərinin diqqətini cəlb etmişdir.

Dövrün xarakterik əlaməti iştirakçıların və dəvət olunmuş ekspertlərin yüksək işgüzar fəallığıdır. Hər bir sərginin keçirilməsi prosesində istər respublika miqyasında, istərsə də beynəlxalq səviyyədə qarşılıqlı faydalı müqavilələr və sazişlər imzalanır. Bunu ölkələrimiz arasında işgüzar əlaqələri möhkəmləndirməyə çalışan yaxın və uzaq ölkələrin nümayəndələri jurnalistlərə dəfələrlə bildiriblər.

Beləliklə, “Caspian Agro 2022” sərgisi növbəti dəfə aqrar-sənaye kompleksinin mütəxəssislərinin, Azərbaycanda kənd təsərrüfatı sənayesinin inkişafında maraqlı olan və bu prosesdə fəal iştirak edən hər kəsin görüş yerinə çevrilib. Məhz belə sərgilər - öz səmərəliliyi və effektivliyi baxımından planetin ərzaq təhlükəsizliyi problemlərinin həllinə müsbət töhfə verə bilər.

“Caspian Agro 2022” və “InterFood Azerbaijan 2022” Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin fəal dəstəyi və iştirakı ilə keçirilib. Sərgilər Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi, Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası, Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO,  Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası tərəfindən dəstəklənir.

Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” (CEO) və onun bir sıra beynəlxalq tərəfdaşlarıdır.