Xəbərlər

Caspian Agro - Bakıda Badam emalı zavodu istismara hazırlanır

Bakıda Badam emalı zavodu istismara hazırlanır

13.07.2021

Xəbərlər

Bakı şəhəri, Türkan qəsəbəsində “Badam emalı zavodu” tikilir.

ABC.AZ-ın məlumatına görə, "Badam emalı zavodu”-nun 113 metr uzunluğu, 24 metr eni və 13 metr hündürlüyü olan istehsalat sahəsi 2764 m2, 42.7 metr uzunluğu və 48 metr eni olan xammal qəbulu məntəqəsi 2050 m2, 3 mərtəbəli inzibati binanın ümumi sahəsi 313 m2 –dir.

Bununla bərabər, 630 m2 köməkçi binalar və 315 m2 su anbarları inşa olunub.

“Azbadam” MMC üçün İspaniyanın Borrell şirkətindən idxal olunan emal avadanlıqları quraşdırılıb istismara təhvil verilib. İstehsal prosesi ümumilikdə 3 mərhələdən ibarət olmaqla qurutma, qərzəkdən ayırma, yuma, qabıqdan çıxarma, təmizləmə və kalibrləmə kimi funksiyaları həyata keçirən sözügedən avadanlıqların saatlıq istehsal gücü 4 tondur.