Xəbərlər

Caspian Agro - Sərgi qarşılıqlı faydalı müqavilələr imzalamağa kömək etdi

Sərgi qarşılıqlı faydalı müqavilələr imzalamağa kömək etdi

12.06.2021

Xəbərlər

Nikolay Kozarez, “Torqmaş” ASC-nin (Belarus) Xarici İqtisadi Fəaliyyət və Kommersiya Məsələləri üzrə direktor müavini

“Torqmaş” şirkətinin müəssisələri iaşə və ticarət sahələri üçün 35-dən çox adda müxtəlif məhsul istehsal edir. Bunlar buraxıcılıq gücü saatda 80 - 1000 kq olan sənaye ətçəkənləri, eləcə də dilimləyicilər və kartof təmizləyən maşınlardır. Müxtəlif dilimləmə növləri olan tərəvəz kəsmə maşınlarımız qiymət və keyfiyyət baxımından yaxşı rəqabət üstünlüklərinə malikdir. Məhsullarımızın keyfiyyətinə müxtəlif Avropa və beynəlxalq sertifikatları ilə zəmanət verilir və təsdiqlənir. “Torqmaş” şirkətinin məhsulları dəfələrlə müxtəlif təltif və mükafatlar almışdır, bunlar arasında keyfiyyət sahəsində MDB mükafatları, Belarus hökumətinin mükafatları və s. yer alır.

Bu gün sərgidə son istehlakçılara yüksək keyfiyyətli avadanlıqların alınması və təchizatı üçün çox yaxşı şərtlər təklif edirik. Sərgi göstərdi ki, bir sıra şirkətlər, iaşə obyektlərinin sahibləri və kiçik sahibkarlıq nümayəndələri məhsullarımızı almaqda maraqlıdır və ümid edirik ki, yaxın gələcəkdə bir sıra malların Azərbaycana uğurla ixracına başlayacağıq.

Sərgi çərçivəsində yerli şirkətlərdən biri ilə birgə məhsulun hazırlanması və Azərbaycan məhsullarının Belarus bazarına tədarükü barədə də razılığa gəldik. Biz artıq bu şirkəti ziyarət edərək onun istehsal etdiyi məhsulların keyfiyyətinə əmin olmuşuq. Həmçinin, biz hesab edirik ki, həmin məhsullara Belarusda tələbat olacaq.

Mən sərgilərimi bərpa edilməsindən çox şadam. Hər hansı vizual ünsiyyət məsafədən qurulan ünsiyyətdən daha üstündür. Ümidvarıq ki, sərgilərin keçirilməsində uzunmüddətli fasilələr bir daha təkrarlanmayacaq və hamımız bu cür tədbirlərdə tez-tez görüşəcəyik.