Xəbərlər

Caspian Agro - Kənd təsərrüfatı texnika və avadanlıqlarının lizinqi

Kənd təsərrüfatı texnika və avadanlıqlarının lizinqi

11.06.2021

Xəbərlər

Azər Hümbətov, “Prior Leasing” şirkətinin Baş direktoru

2014-cü ildə təsis edilmiş “Prior Leasing” şirkətinin əsas fəaliyyət istiqaməti kənd təsərrüfatı texnika və avadanlıqlarının lizinqidir. Bu günə qədər şirkətin sərgi salonları respublikanın on üç bölgəsində fəaliyyət göstərir. 2020-ci ildə fermerlərə kiçik kreditlər verən törəmə şirkət – “Prior Credit” şirkəti yaradılıb.

“Caspian Agro 2021” sərgisində bizim bir neçə tərəfdaşımızın - Çinin “Lovol”, Hindistanın “Solis”, İtalyanın “Mascio Gaspardo” brendləri və Türkiyənin bir sıra əkinçilik, toxumçuluq, məhsultoplama texnika və avadanlıqları nümayiş olunur.

“Prior Leasing” şirkəti ölkənin iqtisadi fəaliyyətində fəal iştirak edir. Bu gün aktual olan Qarabağ bölgəsinin iqtisadi bərpası mövzusu bizdən də yan keçmir – biz ilk fürsətdə bu regionun müxtəlif rayonlarında şirkətin üç filialını açmağa və kənd təsərrüfatının bərpasında vətəndaşlara və şirkətlərə dəstək verməyə hazırıq. Şirkətimizin məhsulları Azərbaycanda yaxşı tanınır. Yuxarıda qeyd etdiyim bölgələrdə şirkətin filiallarının olması bunu xeyli asanlaşdırır. Ancaq sərgi əvvəlki kimi həm ciddi marketinq faktoru, həm də qlobal beynəlxalq bir layihə olaraq, ilk növbədə yeni əlaqələr qurmaq və əməkdaşlıq sahələrini genişləndirmək baxımından bizim üçün vacibdir.