Xəbərlər

Caspian Agro - Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 612 texnika satılıb

Ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 612 texnika satılıb

03.03.2021

Xəbərlər

3 mart, Fineko/abc.az. 2020-ci il ərzində “Aqroservis” ASC tərəfindən kənd təsərrüfatı məhsulları istehsalçılarına 52,3 milyon manat dəyərində kənd təsərrüfatı texnikası satılıb.

Dövlət Statistika Komitəsindən ABC.AZ-a verilən məlumata görə, dövlət vəsaiti hesabına keçən il kənd təsərrüfatı məhsulları istehsalçılarına 266 traktor, 134 kotan, 147 səpici aqreqat, 54 taxılyığan kombayn, 54 kultivator, 115 traktor yedəkləri, ümumilikdə isə 612 texnika satılıb.

Müəllif: Elmir Murad


TƏRƏFDAŞLAR