Xəbərlər

Caspian Agro - 1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

1 noyabr Kənd Təsərrüfatı İşçiləri Günüdür

01.11.2020

Xəbərlər

Hörmətli kənd təsərrüfatı işçiləri, sizi peşə bayramınız münasibətilə ürəkdən təbrik edirik!

2020-ci il bizim ölkəmiz üçün ən yaddaqalan iz buraxır, torpaqlarımız geri qayıdır! Və biz bütün qəlbimizlə, tezliklə aqrar sənaye komplekslərinin Qarabağ bölgəsinin azad edilmiş ərazilərində tam gücü ilə işə başlayacağını arzulayırıq. Öz nadir misilsiz gözəlliyi ilə dillərə dastan olan və yalnız Qarabağın Şuşa ərazisində yetişən “Xarı-Bülbül” haqqında eşidən hər bir kəs bu əsrarəngiz gülü tez bir zamanda öz gözləri ilə görüb, ondan zövq ala bilsin! Qarabağın zəngin və məhsuldar torpaqları çoxdan gözlədiyimiz bol barını gətirsin!

Birlikdə çox şey etdik və hələ çox işlər etməliyik. Məqsədimiz Vətənimizin rifahı naminə çalışmaq, ölkəmizin qida və ərazi təhlükəsizliyini təmin etməkdir!

“Caspian Agro” sərgisinin təşkilatçı qrupu

#CaspianAgro #CaspianEventOrganisers #KarabakhisAzerbaijan


TƏRƏFDAŞLAR