EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
18 - 20 noyabr 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Stendin rezervasiyası

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Diqqət Yeni tarixlər!
Caspian Agro - "Keçən il “Caspian Agro” sərgisində həm ərazi, həm ziyarətçi, həm də bağlanmış müqavilələr etibarı ilə rekord göstəricilər qeyd olunmuşdur" - Toğrul Qafarbəyli
Media мərkəz » Xəbərlər

"Keçən il “Caspian Agro” sərgisində həm ərazi, həm ziyarətçi, həm də bağlanmış müqavilələr etibarı ilə rekord göstəricilər qeyd olunmuşdur" - Toğrul Qafarbəyli
12.05.2020

Xəbərlər

Cənab Toğrul Qafarbəyli, Azərbaycan Respublikası kənd təsərrüfatı nazirliyinin protokol rəhbərinin müsahibəsi

1. Pandemiya Azərbaycanın kənd təsərrüfatı sənayesinə necə təsir edib? Sənayenin hazırkı vəziyyətini necə qiymətləndirirsiniz?

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi xüsusi karantin rejimi dövründə görülən tədbirlərin ərzaq məhsullarına və xüsusilə də kənd təsərrüfatı məhsullarına təsiri ilə bağlı araşdırma aparıb. Araşdırmanın nəticəsinə görə, karantin rejiminin tətbiqi ilə əlaqədar ölkədə kənd təsərrüfatı məhsullarına daxili tələbat 5.1 faiz azalıb. Azalmanın səbəbi mövcud vəziyyətlə əlaqədar kafe, restoran, mərasim evləri, otellər, mehmanxanalar, turizm obyektləri, şadlıq sarayları və digər ictimai iaşə obyektlərinin fəaliyyətlərini dayandırmasıdır. Bu obyektlər əslində kənd təsərrüfatı məhsullarının əsas topdansatış alıcıları idi. İndi bu obyektlər fəaliyyətini dayandırdıqları üçün məhsul almırlar. İstehlak azaldığı üçün bu da bazarda təklif olunan məhsulun 5.1 faiz artması deməkdir. Düzdür, bazarda kənd təsərrüfatı mallarının qiymətini Kənd Təsərrüfatı Nazirliyi tənzimləmir, nazirliyin belə səlahiyyəti yoxdur. Sadəcə təklif çox, tələb az olduqca qiymətlər düşür, təklif az, tələbata çox olduqda isə qiymət artır. Bazarda qiymət bununla tənzimlənir. Nəticə etibarilə məhsulun çox olması da qiymətlərə təsir edəcək. Biz bu tendensiyanı müşahidə edirik.

2. Kənd təsərrüfatı sənayesində dövlət proqramları pandemiyə şəraitində davam edirmi? Gələcəkdə COVID 19-un sənayeyə neqativ təsirini azaltmaq üçün hansı tədbirlərin görünməsi planlaşdırılır?

Hazırda bazarda kənd təsərrüfatı məhsullarında çox ciddi dyişikliklər var. Kənd Təsərrüfatı Nazirliyinin aidiyyatı gurumları hər gün istisnasız olaraq paytaxt bazarlarında qiymətləri öyrənir. Müşahidələr göstərir ki, istixanalarda yerləşdirilən pomidor və xiyarın qiymətində kəskin ucuzlaşma var. Yəni təxminən 20 gün əvvəl pomidorun pərakəndə satış qiyməti 2.5 -3.5 manat idisə, artıq bu gün həmin məhsul 1 manat və 1.5 manat arasındadır. Bu o deməkdir ki, artıq 3 dəfəyə yaxın ucuzlaşma var. Bunun da səbəbi karantin rejimi ilə əlaqədar daxili tələbatın azalması ilə yanaşı kənd təsərrüfatı məhsullarının, xüsusilə də istixana məhsullarının əsas ixrac bazarlarına çatdırılmasındakı problemdir. Bu problem nə nəqliyyat, nə də daşınma problemidir. Məhsulları istənilən sahibkar toplayıb, xaricə ixrac edə bilir. Bunun üçün onlara hansısa bir məhdudiyyət tətbiq edilməyib. Sadəcə xarici ölkələrdə də, xüsusilə də Rusiyada, Ukraynada bizdə olduğu kimi, ciddi karantin rejimi tətbiq edildiyi və anoloji olaraq kənd təsərrüfatı mallarına daxili tələbat azaldığı üçün onlarda da qiymətlərdə ucuzlaşma olur. Bu da sahibkarlara əvvəlki kimi məhsulu xaricə göndərmək sərf etmədiyi üçün göndərmirlər. Bəzi sahibkar deyirlər ki, xaricdəki şəriklərimizlə danışmışıq və bildirirlər ki, satış olmadığı üçün məhsulu göndərməyin. Yəni bu sırf daxili tələbatla bağlı azalmadır. Sahibkarlar da bu keçid dövründə məcburdur ki, istehsal etdikləri məhsulu daxili bazara çıxarsınlar. Bu da bazarda məhsulun artmasına səbəb olur. Tələb təklif tənzimlənməsinə görə də, istər-istəməz pomidorun və xiyarın qiymətində ciddi ucuzlaşma var. Hazırda kartof və soğanın da qiymətində ciddi ucuzlaşma var. Hər il aprel ayında konkret bir dövr olur ki, təxminən 1 həftə, maksimum 10 gün ərzində bu məhsulların qiyməti artır. Bu dövr köhnə kartof-soğanın tükəndiyi və təzə məhsulun yığılmağa başladığı dövrdür. Bu proses arasında 10 gün fasilə olduğuna görə, həmin müddətdə qiymətlər müvəqqəti olaraq artır. Təzə məhsul çıxdıqdan sonra isə qiymətlər ucuzlaşmağa başlayır. Bir də yazlıq bitkilərin əkin dövrüdür. Bu mənada xoşbəxtlikdir ki, kütləvi fəaliyyətə ehtiyac yoxdur. May ayının sonuna qədər kütləvilik zəruri olmayacaq. İndiki halda kənd təsərrüfatında kütləvilik tələb edən xidmətlər var və onların minimuma endirilməsi istiqamətində müəyyən işlər görülməlidir: "Fermerlərin ehtiyacı olan bəzi xidmətlər kütləvilik tələb edir. Texnikaya tələbat, gübrələr üçün pestisid almaq, toxum axtarmaq və s. Bunları almaq üçün fermerlər bir yerə yığışırlar. Elektron xidmətlər lazımdır. Bir çox xidmətlər məsafədən idarə olunmalıdır. Azərbaycanın "Elektron kənd təsərrüfatı” sistemi bu işləri məsafədən idarə etməyə imkan verir. Fermer bu sistem üzərindən öz xidmətlərini sifariş edib ala bilir. İkinci məsələ səyyar xidmətdir. Keçən ildən ölkəmizdə bunun icrasına başlanıb. Bu, daha da genişləndirilməli və şaxələndirilməlidir. Məsələn, hazırkı dövrdə fermerlərin, əsasən, gübrəyə ehtiyacı var. Gübrə alan zaman 100-200 nəfərin bir yerə yığışmaması üçün səyyar gübrə satışı sistemi keçən ildən qurulub, ancaq bunu daha da genişləndirmək lazımdır. Keçən il rayon mərkəzində satılırdı, artıq hər kənddə, hər yaşayış məntəqəsində, hətta texniki imkanı güclənidirib sahələrdə satışını etmək lazımdır ki, insanlar kütləvi şəkildə harasa getməsinlər”.

Kənd Təsərrüfatı naziri cənab İnam Kərimov Cəlilabadda sahədə kartof yığımı prosesində iştirak etmişdir. Məhsulun ötən illə müqayisədə həddən artıq bol olduğunu müşahidə etdik. Fermerlərlə apardığımız söhbətlərdə məlum oldu ki, təkcə ötən gün Cəlilabaddan 17 böyük yük maşını ilə Rusiyaya təzə kartof göndərilib. Həmçinin yerli bazarlara və supermarketlərə də məhsul dayanmadan göndərilir. Bu səbəbdən bazarda kartof və soğan da artır. Bu da qiymətlərə təsir göstərir. İndiki mərhələdə apardığımız müşahidələr göstərir ki, kartof və soğanın pərakəndə, yəni kilo ilə satış qiymətində artıq 20-30 qəpik ucuzlaşma var. Bundan başqa nəzərə almaq lazımdır ki, Cəlilabaddan sonra artıq Şəmkirdə də kartofun yığılmasına başlanılıb. Həmçinin Bərdə və Beyləqanda da təzə soğan çıxmağa başlayıb. Bunlar bazara daxil olduqca qiymətlər ucuzlaşacaq. Hətta Bərdədə fermerlər bildirirlər ki, hazırda Polşa, Türkiyə, Rusiya və Ukraynadan soğanla bağlı çoxlu sifarişlər var. Bu il ötən illə müqayisədə soğan məhsulu da boldur. Bunun səbəbi ötən il soğan əkənlərin Türkiyə bazarlarına da daxil olması və çox gəlir əldə etməsidir. Bu da bu il soğan əkənlərin və sahənin artmasına səbəb olub. Məhsul indi həm daxili bazarı təmin edəcək, həm də xarici bazarda satacaq qədər çoxdur. Bu da daxili bazarda qiymətlərin ucuzlaşmasını təmin edəcək. Həm də xaricə satdıqları üçün fermerlər külli miqdarda gəlir əldə edəcəklər.

Keçən il “Caspian Agro” sərgisində həm ərazi, həm ziyarətçi, həm də bağlanmış müqavilələr etibarı ilə rekord göstəricilər qeyd olunmuşdur.

Hesab edirəm ki, bu il sərgi daha da maraqlı olacaq. Çünki sərgi bu dəfə fərqli mövsümdə, may ayında deyil, noyabr ayında keçiriləcək. Bu bizim üçün də, fermerlər və bu seqmentdə çalışan iş adamları üçün də yeni sınaq olacaq. Amma əminliklə deyə bilərəm ki, inşallah, sərginin öhdəsindən uğurla gələcəyik.



TƏRƏFDAŞLAR