EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Yeni xidmət / Yeni məhsul

Sərgi qəzeti
CASPIAN AGRO - Almaniyanın tanınmış “Gea” brendi
Media мərkəz » Xəbərlər

Almaniyanın tanınmış “Gea” brendi
20.05.2019

Xəbərlər

Elena Hilmer, “Icods” şirkətinin direktoru

- “Gea” Almaniya brendinin Azərbaycanda səlahiyyətli dileri olan “Icods” şirkəti südçülük sahəsi üçün soyuducu avadanlıqlar, süd və ət emalı üçün avadanlıqlar, eləcə də bütün infrastruktur – tövlə avadanlıqları, su, yem qabları, ventilyatorlar və s. ilə təchiz edilmiş “istifadəyə hazır” fermaların istehsalçısıdır.

Şirkət artıq on ildir ki, bu sərgi daim uğurla iştirak edərək “Gea” brendini təqdim edir. Bu müddət ərzində Azərbaycanda 7 ferma inşa etmişik, onların ən böyüyü minlərlə südlük inək üçün nəzərdə tutulub. Müştərilərimiz arasında “Atena”, “Azersun”, “Gilan” və b. nəhəng istehsalçılar yer alır. Biz bu il “Gea” brendindən başqa, daha bir neçə brendi təqdim edirik. Bunların arasında torpaq emalı, yem əkini və yığımı sahəsində həll variantları təklif edən Avstriyanın “Pöttinger” şirkəti, “Ecogas” şirkətinin bio-qaz qurğuları və b. yer alır.

Sərgi dolğun və effektlidir. Ümidvarıq ki, Azərbaycanda gələcək fəaliyyət illəri bizim uğurumuzu möhkəmləndirəcək və artıracaq, buna görə də sərgidə iştirak etməkdə əsas məqsədimiz yeni müştərilərin qazanılmasıdır.

Biz sərgi çərçivəsində torpağın emal texnikası, yem istehsalı, süd qurğuları və mini fermalar barədə seminarların keçirilməsini planlaşdırmışıq. Bizim auditoriyamız bu yaxınlarda qəbul edilmiş “Heyvandarlığın intensiv inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq heyvandarlığı inkişaf etdirmək niyyətində olan ziyarətçilərdir.

 



TƏRƏFDAŞLAR