EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Stendin rezervasiyası

2020-ci ildə bizimlə

Fotoqalereya

Rəsmi kataloq
CASPIAN AGRO - “Caspian Agro 2019” sərgisi – qlobal kənd təsərrüfatı sənayesinin ən yaxşı texnikaları
Media мərkəz » Xəbərlər

“Caspian Agro 2019” sərgisi – qlobal kənd təsərrüfatı sənayesinin ən yaxşı texnikaları
17.05.2019

Xəbərlər

17 may tarixində Bakı Ekspo Mərkəzində 4 ixtisaslaşmış sərgini özündə birləşdirən ilin ən genişmiqyaslı sərgi tədbiri öz işini başa vurdu. Sərgi mərkəzinin 3 zalı və açıq platformasında yerləşən 25-ci Yubiley Azərbaycan Beynəlxalq Qida sənayesi “WorldFood Azerbaijan” sərgisi, 13-cü Azərbaycan Beynəlxalq Kənd təsərrüfatı “Caspian Agro” sərgisi, Xəzər Beynəlxalq Qablaşdırma, Tara, Etiket və Poliqrafiya “Ipack Caspian” sərgisi və 13-cü Qafqaz Beynəlxalq Mehmanxana, restoran və super-marketlər üçün avadanlıq və ləvazimatlar “HOREX Caucasus” sərgisi dünyanın 32 ölkəsini təmsil edən 440 şirkəti, eləcə də 12 milli və regional qrupu bir araya gətirib.

 Prezident İlham Əliyev “WorldFood Azerbaijan” və “Caspian Agro” sərgilərini ziyarət edib, kənd təsərrüfatı sənayesi və qida məhsullarının istehsalı sahəsində fəaliyyət göstərən aparıcı şirkətlərin stendləri ilə tanış olub və sərgilərə işində uğurlar arzulayıb. Ölkə başçısının ziyarəti hökumətin iqtisadiyyatın bu sahəsinə xüsusi diqqətini, qida təhlükəsizliyi naminə mübarizənin genişləndiyini təsdiq edir.

Bu il “Caspian Agro” sərgisi öz tarixində ilk dəfə ən geniş formatda təşkil olunub. Ötən il ilə müqayisədə, sərginin sahəsi 6% genişlənərək, dünyanın 26 ölkəsini təmsil edən 240 şirkətin nümayəndələrini bir araya gətirib. İştirakçılar suvarma sistemləri, istixanalar, heyvandarlıq sahəsi üçün avadanlıqlar, yemlər, toxumlar, laboratoriya avadanlıqları və xeyli sayda kənd təsərrüfatı texnikalarını təqdim ediblər. Burada kompakt traktorlar ilə yanaşı nəhəng kombaynlar nümayiş olunub və hər mexanizm müasir ixtisaslaşmış maşınqayırma nümunəsidir. Yeni texnikaların peşəkar keyfiyyəti və aparıcı qlobal ixracatçıların təklifləri kənd təsərrüfatı sənayesinin müxtəlif sahələrini təmsil edən çoxsaylı ziyarətçilər tərəfindən yüksək qiymətləndirilib.

Kənd təsərrüfatı texnikalarının qiymətinin düşməsi bazarın liberallaşması və sərbəst rəqabət mühitinin yaradılmasının nəticəsidir. Prezident İlham Əliyev tərəfindən aqrar texnologiya bazarında həyata keçirilən liberallaşma siyasəti şirkətlərin bu sahəyə olan marağını daha da artırıb.

Uzun illər ərzində sərgiyə dəstək vermiş Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi sərgi çərçivəsində ilk dəfə olaraq sərgi mərkəzinin açıq platformasında da öz innovativ stendi ilə iştirak edib. Stenddə ölkənin kənd təsərrüfatı sahəsində əldə olunan ən son nailiyyətlər təqdim edilib v ən son sənaye nümunələri, eləcə də nazirlik tərəfindən dəstəklənən perspektivli “startaplar” nümayiş etdirilib.

 




TƏRƏFDAŞLAR