EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Stendin rezervasiyası

2020-ci ildə bizimlə

Fotoqalereya

Rəsmi kataloq
CASPIAN AGRO - Biz RF-dan tərəfdaşlar tapmağa ümid edirik!
Media мərkəz » Xəbərlər

Biz RF-dan tərəfdaşlar tapmağa ümid edirik!
20.05.2019

Xəbərlər

Köçəri Həsənov, Azərbaycanın “Sofitex” özəl şirkətinin direktoru

Şirkət kənd təsərrüfatı avadanlıqlarının istehsalı sahəsində ixtisaslaşıb və artıq 4 ildir ki, Bakıda istehsal fəaliyyəti ilə məşğuldur. Mən “WorldFood Azerbaijan” sərgisini ilk dəfə ziyarət edirəm və müştəri axtarışı ilə yanaşı, aqrar sektorun inkişafı sahəsində qlobal yeniliklər ilə tanış olmaq niyyətindəyəm. Xüsusilə, biz məhsulları (daha doğrusu pomidoru) sahədən topladıqdan sonra onları soyutmaq üçün müstəqil şəkildə hidro-kuller  (soyuducu) hazırlamışıq, bu texnologiya ilə fəxr edirik və sərginin gedişində onu maraqlanan şirkətlərə təklif edirik.

Öz növbəsində, məhsulları yükləmək və boşaltmaq üçün daşıyıcı lentlər və onun üçün ehtiyat hissələr bizi maraqlandırır və biz xüsusilə RF-dan müvafiq tərəfdaşlar tapmağa ümid edirik. Biz həmçinin müxtəlif elektrik avadanlıqlarına da maraq göstəririk. Mən hesab edirəm ki, Bakıda keçirilən sərginin  genişmiqyaslı olması axtardığımızı tapmağa imkan yaradacaq.

Əvvəllər mən RF-da bənzər sərgiləri ziyarət etmişəm və hesab edirəm ki, belə tədbirlər şirkətin inkişafı üçün vacibdir.



TƏRƏFDAŞLAR