EN
RU
Şəxsi kabinet
13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
15 - 17 may 2019 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgi qəzeti
CASPIAN AGRO - Sizi virtual tura dəvət edirik!
Media мərkəz » Xəbərlər

Sizi virtual tura dəvət edirik!
15.05.2019

Xəbərlər

Elxan Ələkbərov, “4S” şirkətinin Baş direktoru 

Qısa vaxt ərzində böyüyərək inkişaf edən “4S” şirkəti artıq ikinci dəfədir ki, bu sərgidə iştirak edir. Bu il rəsmi tərəfdaşımız olan “CLAAS” (Almaniya)  şirkətinin əsas yeniliyi - yüksək keyfiyyətli yem tədarükü üçün nəzərdə tutulmuş (yenilənmiş) JAGUAR silosbiçən kombaynının imkanlarını nümayiş etdirmək üçün virtual reallıq üzrə ən son texnologiyaların köməyi ilə xüsusi virtual tur təşkil etmək qərarına gəlmişik. Ziyarətçilər özlərini kombaynın daxilində hiss edib, onun aqreqatları və mühüm funksiyalarına sözün hərfi mənasında toxuna bilərlər.

Daha bir diqqətçəkən məqam isə sərgidə yüksək keyfiyyətli yem tədarükü üçün texnikaların təqdimatıdır – belə ki, ziyarətçilər “NEXOS” bağçılıq və üzümçülük üçün nəzərdə tutulmuş traktor, “ROLLANT UNIWRAP” pressləyici-yığıcı və geniş çaplı “DISCO 9200” və “3200” yasım-asma qoşqular (biçicilər) ilə tanış ola, habelə “AXION 850” modelli traktorun istismar incəlikləri və tənzimləmələri ilə bağlı xarici ekspertlərdən dolğun informasiya ala bilərlər.

“4S” şirkətinin digər rəsmi tərəfdaşı - ABŞ-ın “LINDSAY” şirkətinin stendində isə müasir suvarma avadanlığı ilə bağlı innovativ həll variantları və məsafədən idarəetmə sistemləri nümayiş etdiriləcək. Xüsusən isə biz “FieldNET” distant idarəetmə sistemi və “Pivot Control” innovativ kontrolleri mövcud olan istənilən elektrik şarnirli (dairəvi) suvarma sistemini modernləşdirə və universallaşdıra biləcək unikal avadanlıqları təqdim edirik.

Sərginin açıq havadakı pavilyonunda isə biz əməkdaşlıq etdiyimiz digər brendləri - İspaniyanın “ID-DAVID” və Almaniyanın “AMAZONE” şirkətlərinə məxsus kənd təsərrüfatı avadanlıqlarını nümayiş etdiririk.

Kənd təsərrüfatı üzrə aparıcı tədbir olan “Caspian Agro” sərgisi regionda kənd təsərrüfatı sahəsinin inkişafına, Azərbaycan Respublikasının aqrar-sənaye kompleksində mütərəqqi texnologiyaların tətbiqinə, eləcə də təcrübə mübadiləsinə, habelə yerli və xarici təsərrüfatçılar arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin gücləndirilməsinə kömək edir. Biz fəaliyyət sahəmizə marağı olan hər bir kəsi stendimizdə görməyə məmnun olarıq.



TƏRƏFDAŞLAR


























bottom