EN
RU
Şəxsi kabinet
13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
15 - 17 may 2019 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Rəsmi kataloq

Sərgi qəzeti
CASPIAN AGRO - “Nutrimax” şirkəti Azərbaycanda ixrac satışlarını artırmaq niyyətindədir
Media мərkəz » Xəbərlər

“Nutrimax” şirkəti Azərbaycanda ixrac satışlarını artırmaq niyyətindədir
15.05.2019

Xəbərlər

Georgi Çitişvili, “Nutrimax” şirkətinin Satış departamentinin rəhbəri

“Nutrimax” şirkəti quşçuluq və maldarlıq sahəsi üçün özünün yüksək texnoloji yem zavodunda istehsal olunan kompleks yem və konsentratlar, eləcə də  quşçuluq sahəsi üçün müasir və yüksək keyfiyyətli yemlər təklif edir. Həmçinin şirkət Azərbaycan bazarında “Nutrimax Beef Max” konsentratı və qarğıdalıdan hazırlanmış innovativ yemləmə metodunu təqdim edəcək. Fermerlər təkcə bu iki inqrediyent və daha az işçi qüvvəsi sayəsində (ənənəvi yemləmə metodu ilə müqayisədə) daha yüksək məhsuldarlıq əldə edə biləcəklər.

“Caspian Agro” sərgisində iştirak etməkdə məqsədimiz distribyutorlarımızın köməyi ilə məhsullarımızı hədəf auditoriyaya təqdim etmək, müştərilər ilə görüşlər keçirmək və məhsullarımızı sifarişçilər üçün təbliğ etməkdir. “Nutrimax” şirkəti Azərbaycanda ixrac satışlarını artırmaq niyyətindədir. “Caspian Agro” sərgisi bizə sifarişçilər və potensial tərəfdaşlar ilə üzbəüz görüşmək imkanı verir və bizim məqsədimiz Azərbaycanda bazarın ehtiyaclarını müəyyən etmək, habelə öz məhsul və xidmətlərimizi təklif etməyə çalışmaqdır. Bu, şirkətimizin daimi inkişafı üçün mühüm komponentdir. “Caspian Agro” sərgisi Gürcüstan ilə Azərbaycan arasında kənd təsərrüfatı sektorlarında əməkdaşlığı inkişaf etdirmək baxımından yaxşı fürsətdir.

 



TƏRƏFDAŞLAR


























bottom