EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Stendin rezervasiyası

Yeni xidmət / Yeni məhsul

Sərgi qəzeti
CASPIAN AGRO - İntensiv aqrotexnologiyaların tətbiqi
Media мərkəz » Xəbərlər

İntensiv aqrotexnologiyaların tətbiqi
15.05.2019

Xəbərlər

Kamran Aqasi, AGRO DAIRY MMC-nin  Direktoru

“Agro Dairy” MMC, Azərbaycanda kənd təsərrüfatı sektorunda qabaqcıl şirkətlərdən biri olmaqla, regionlarda sosial və kənd təsərrüfatı infrastrukturunun yaxşılaşdırılması ilə yüksək məhsuldarlıq və onların istehsalında yüksək keyfiyyətə nail olmaq üçün yaradılmışdır. 2014-cü ildən fəaliyyətdə olan şirkətimiz müasir texnologiyalar və innovativ həllər tətbiq etməklə qida təhlükəsizliyini təmin edir.

“Agro Dairy” MMC dənli taxıl bitkilərinin (buğda, darı, qarğıdalı), yem bitkilərinin (yonca) əkini ilə məşğuldur. Bizim əsas məqsədlərimiz - yeni ərazilərin əkin dövriyyəsinə cəlb edilməsi, növbəli əkin sistemi, idxalın yerli istehsalla əvəz edilməsi və intensiv aqrotexnologiyaların tətbiqidir.

Tətbiq olunan texnologiyaya gəldikdə, Agro Dairy ən yüksək standartları hədəf götürür. Biz suvarmadan tutmuş, torpağın şumlanması və məhsul yığımına qədər ən müasir  texnikalardan istifadə edirik. Bizim əkin texnologiyamız dəqiqliyi ilə elmin son nailiyyətlərinə cavab verir.

Layihələrimiz Tovuz, Samux və Hacıqabul rayonları olmaqla, 60.000 ha ərazini əhatə edir.

Sərgi zamanı şirkətin istehsal imkanları, həyata keçirilən layihələr və perspektivlər haqqında məlumatla professional ziyarətçilərlə bölüşərək, yeni əlaqələr qurmaq və müştəri bazamızı artırmaq istiqamətində çalışırıq.



TƏRƏFDAŞLAR