EN
RU
Şəxsi kabinet
13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
15 - 17 may 2019 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Yeni xidmət / Yeni məhsul

Fotoqalereya

Rəsmi kataloq
CASPIAN AGRO - Qoy sitrus bağları çiçək açsın!
Media мərkəz » Xəbərlər

Qoy sitrus bağları çiçək açsın!
18.05.2018

Xəbərlər

Sədail Qasımov, Azərbaycanın Astara rayonunda fermer təsərrüfatının direktoru

– Mən Astara rayonunda sitrus meyvələrinin əkilməsi sahəsində ixtisaslaşmışam. Son illərdə, dövlət başçısının diqqəti sayəsində insanlar getdikcə daha çox torpaq və kənd təsərrüfatı ilə məşğul olurlar. Xaricdən idxal etdiyimiz sitrus meyvələrinin fərqli növlərindən yerli iqlim şəraitinə uyğunlaşdırmağa çalışırıq. Bu bitkilər qulluq tələb edir və onların xüsusi preparatlara ehtiyacı var və mən sərgidə həmin preparatlar haqqında məlumat toplayıram və artıq bir neçə stendlə maraqlanmışam. Həmçinin qeyd edim ki, Astara rayonunda arıçılıq sahəsi sürətlə inkişaf edir. Biz həmkarlarımız, yerli arıçılıq assosiasiyasiyasının sədri ilə birlikdə ekspozisiyada arıçılar sahəsi üçün təkliflərlə diqqət yetiririk.

Belə gözəl sərgiyə görə təşkilatçılara təşəkkür edirik, burada peşəkar fəaliyyət sahəmiz haqqında bir çox yeni şeylər öyrənirik, müasir preparat və məhsullarla tanış oluruq və mən əminəm ki, gələcəkdə biz bunları öz praktikamızda tətbiq edəcəyik. Baytarlıq preparatlarına daha böyük tələbat olan rayonlarda belə sərgilərin keçirilməsini istərdik. Bəziləri bu preparatlara görə qonşu İrana gedirlər. Rayonlarda keyfiyyətli preparat tədarük edən ixtisaslaşmış mərkəzlər yaradılsa, bizim işimiz xeyli asanlaşmış olardı.



TƏRƏFDAŞLAR