Xəbərlər

Caspian Agro - İstixanalarda havanı nəmləndirən və qurudan qurğular İstixanalarda havanı nəmləndirən və qurudan qurğular
17.05.2018

Xəbərlər

Vinçenzo Russo, “Vifra” şirkətinin Baş direktoru

– “Vifra” şirkəti ikinci dəfədir ki, “Caspian Agro” sərgisində öz məhsullarını - istixanalarda havanı nəmləndirən və qurudan qurğuları təqdim edir. Bir qayda olaraq, gündüz vaxtı istixanalarda hava kifayət qədər nəm olmur. Yüksək təzyiq altında süni sis yaradan qurğumuz havadakı rütubəti artırır və temperaturu azaldır. Aqreqat mikroskopik su damcıları çiləyir və bunun sayəsində də bitkilərin özlərinə su çiləmək lazım olmur. Gecə vaxtı isə istixanalarda rütubət həddindən artıq olur və onu aşağı salmaq lazım gəlir. Bu məqsədlər üçün havadakı artıq nəmi kondensasiya etməklə rütubətin aşağı salan “Vifra” şirkətinin hava quruducuları nəzərdə tutulmuşdur. Bu sistemlərin idarə olunması tamamilə kompüterləşdirilib və sutka ərzində istixanalarda rütubətə səmərəli şəkildə nəzarət etməyə imkan verir.

Sərgidə Azərbaycan və digər ölkələri təmsil edən pomidor, bibər, çiçək becərilməsi ilə məşğul olan istixana təsərrüfatlarının sahibləri, həmçinin investorlar bizim üçün xüsusi maraq doğurur. Biz məhsullarımızın potensial dilerləri ilə əməkdaşlıq qurmaq və yeni müştərilər tapmaq istəyirik. Sərgi bir neçə faydalı əlaqələrin qurulması və yeni potensial müştərilərin tapılması baxımından bizi sevindirib, eləcə də biz burada daimi müştərilərimizlə görüşlər keçirmişik.


TƏRƏFDAŞLAR