EN
RU
Şəxsi kabinet
14-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
19 - 21 may 2020 Bakı Ekspo Mərkəzi
caspianagro

Stendin rezervasiyası

2020-ci ildə bizimlə

Fotoqalereya

Rəsmi kataloq
CASPIAN AGRO - CaspianAgro - mütəxəssislər arasında ənənəvi görüş yeri
Media мərkəz » Mətbuat açıqlaması

CaspianAgro - mütəxəssislər arasında ənənəvi görüş yeri
16.05.2017

Mətbuat açıqlaması

11-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “CaspianAgro 2017” sərgisi 17 may tarixində Bakı Ekspo Mərkəzində öz qapılarını ziyarətçilərin üzünə açacaq. Nəhəng regional tədbirlərdən biri olan “CaspianAgro” sərgisi hər il müxtəlif ölkələri təmsil edən yüzlərlə kənd təsərrüfatı və qida məhsulları istehsalçısını və minlərlə ziyarətçini bir araya toplayır. Son illər sərgidə həm iştirakçıların, həm də ziyarətçilərin sayı baxımından böyük inkişaf müşahidə olunur. Kənd təsərrüfatı sektoru daim ölkə rəhbərliyinin diqqət mərkəzindədir və artıq ardıcıl olaraq bir neçə ildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgini ziyarət edərək istehsalçı və distribyutorların Azərbaycan bazarı üçün təklif etdikləri yeniliklərlə yaxından tanış olur. Uzun illərdir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi “CaspianAgro” sərgisinə yaxından dəstək göstərir və sərginin işində fəal iştirak edir.

“CaspianAgro 2017” sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Jianqxi (Ciangşi) vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderlanda Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir. Tədbirin qeydiyyat sponsoru “Maschio Gaspardo” şirkətidir.

Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30% artıb. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və  bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası  və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada “Gəncə Avtomobil Zavodu”, “Azertexnika”, “Klever”, “Rostselmaş”, “Qomselmaş”, “Cansa”, “John Deer”, “ASENA KO”, “Amcodor” və digər istehsalçı və distribyutorların müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Sevindirici haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, “Made in Azerbaijan” brendi də təqdim olunur. Bu brend altında istehsal edilmiş məhsulları sərginin daimi iştirakçılarından olan yerli şirkətlər (“Agrosell”, Gəncə Avtomobil Zavodu, “Kaspi Yıldız” və s.), eləcə də ölkənin kənd təsərrüfatı bazarına daxil olmaq üçün ilk addımlarını atan və öz məhsullarını ixrac etmək məqsədi ilə xarici tərəfdaşlar axtaran şirkətlər təqdim edirlər. Sərginin builki debütantları arasında “Asena Ko”, “D.Fruits”, “Binе Agro”, “Buzovna Shitili” və “Azdynamics” kimi yerli şirkətlər yer alır.

Ənənəvi olaraq, sərgidə yeni sənaye məhsulları təqdim edilir. Builki yeniliklər arasında: çox səmərəli, suda tam həll olan, xlorsuz, tərkibində mikroelementlər olan, xelat formalı kompleks mineral gübrə (Rusiya), maksimim 233 və nominal 35 at gücü olan traktor (Azərbaijan), təzə meyvə-tərəvəz üçün qablaşdırma maşını (İtaliya), “Qala” sortunun klonu (Fransa), heyvanlar üçün müalicə preparatları (Ukrayna) və s. Sərginin elektron kataloqu www.caspianagro.az veb-saytında yerləşdirilib.

Regionun yeganə ixtisaslaşmış sərgisində iştirak etməklə yanaşı, tədbiri ziyarət etmək də kənd təsərrüfatı ilə məşğul olan bütün şirkətlər üçün mühüm əhəmiyyət kəsb edir. Ənənəvi olaraq, hər il “CaspianAgro” sərgisində Azərbaycan sahibkarlarını yüksək keyfiyyətli məhsul istehsalının dəyişməz şərti olan yeni texnologiya ilə tanış etmək və təcrübə mübadiləsi aparmaq məqsədi ilə respublikanın bölgələrindən işgüzar turlar təşkil olunur. Bu il “Aqrolizinq” ASC-nın köməyi ilə Azərbaycanın 45 bölgəsini – Ağcabədi, Ağdaş, Ağdaş, Ağstafa, Ağsu, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Qəbələ, Qax, Qazax, Hacıqabul, Gədəbəy, Göyçay, Goranboy, Qusar, Qobustan, Quba, Gəncə, Cəlilabad, Yevlax, Zərdab, Zaqatala, İmişli, İsmayıllı, Kürdəmir, Lənkəran, Masallı, Neftçala, Oğuz, Saatlı, Sabirabad, Salyan, Siyəzən, Tərtər, Tovuz, Şamaxı, Şəmkir, Şabran, Şəki, Fizuli, Xaçmaz, Xızı və Ucar rayonlarını təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər.

Bu il təşkilatçılar tərəfindən həyata keçirilən yenilik sərginin açılışından xeyli əvvəl, yəni 21 aprel tarixində keçirilmiş işgüzar qəlyanaltı olub. İşgüzar qəlyanaltının keçirilməsində məqsəd iştirakçılara sərginin imkanlarından səmərəli şəkildə istifadə baxımından kömək etməkdir. Tədbirdə “WorldFood Azerbaijan” və “CaspianAgro” sərgilərinin eksponentləri və təşkilatçılar komandası iştirak edib. İşgüzar qəlyanaltı təşkilatçılar tərəfindən xüsusi olaraq dəvət edilmiş “Big City Coaching ” şirkətinin bələdçisi Kseniya Borisova tərəfindən aparılıb. Qəlyanaltı zamanı stendlərin təşkil olunmasının başlıca məsələləri müzakirə edilib, sərgilərdə uğurlu inkişaf formullarının təqdimatı keçirilib. Bələdçi sərgidə əlaqələr qurmaq üçün bütün resurslardan maksimum istifadə etməyin vacibliyini qeyd edib və təşkilatçıların sərgiyə qədər, sərgi zamanı və sərgidən sonra təklif etdikləri pulsuz resursları xatırladıb. Bundan başqa, təşkilatçılar işgüzar qəlyanaltı keçirməklə iştirakçılara bir-biriləri ilə tanış olmaq imkanı yaradıb, çünki onların əksəriyyəti bir-birilərinin potensial müştəriləri olsalar da, sərgi zamanı stendlərdə aparılan gərgin işə görə belə imkana malik olmurlar. Təşkilatçılar ümid edirlər ki, şirkətlər səsləndirilmiş faydalı məsləhətləri sərgilərdə iştirak əsnasında tətbiq edəcək və işgüzar qəlyanaltı xoş ənənəyə çevriləcəkdir.

“CaspianAgro 2017” sərgisi 17-19 may tarixində yalnız sənayenin peşəkarları üçün açıq olacaq. Sərgidə uşaqlarınızı faydalı və əyləncəli fəaliyyətlər təklif edən “Ağıl və Bilgi” şirkətinin peşəkarlarına etibar edə biləcəyiniz uşaq zonası da fəaliyyət göstərir. Bu ilki sərgilərin tərəfdaşları arasında rəsmi səyahət agentliyi “Premier Tour” şirkətləri, o cümlədən “Hyatt Regency” və “Qafqaz Point Hotel” mehmanxanaları (rəsmi otellər), yer alır.

Beləliklə, “CaspianAgro” sərgisi bir daha aqrar sənaye kompleksinin mütəxəssisləri üçün görüş yerinə çevriləcəkdir. Həmçinin, sərgidə kənd təsərrüfatı üzrə yeniliklər, işgüzar əlaqələr, kənd təsərrüfatı sahəsinin yeni inkişaf mərhələsinə cəlb olunmuş dövlət təşkilatlarının nümayəndələri ilə görüşlər və xarici həmkarların təcrübəsi qida bazarında Azərbaycan kənd təsərrüfatı məhsullarının rəqabətədavamlı olmasına və investisiya həcminin artmasına kömək edəcəkdir.




TƏRƏFDAŞLAR