Xəbərlər

Caspian Agro - Bizim məhsullara tələbat var! Bizim məhsullara tələbat var!
18.05.2017

Xəbərlər

Nailə Mikayılova, “Bine” şirkətinin ofis meneceri

- Biz “CaspianAgro 2017” sərgisində debüt edir və polikarbonatdan istixana tikintisi sahəsində ixtisaslaşmış “Green Con” və kənd təsərrüfatı bitkilərinin becərilməsi ilə məşğul olan “Bine Aqro” şirkətlərini təqdim edirik. “Bine Aqro” şirkəti bütün sağlamlıq və faydalı qida standartlarına cavab verən, məhsul toplanması üçün nəzərdə tutulmuş ən müasir texnologiyalardan istifadə edir. Hazırda istixanalarda müxtəlif pomidor, bibər və badımcan sortları becərilir. Bizim şirkət tərəfindən istehsal edilmiş məhsullara Azərbaycan və xarici ölkələrdə tələbat var.

Biz sərgi sayəsində geniş auditoriyaya şirkətin fəaliyyəti barədə məlumat verir, təklif edilən məhsulları əldə etmə yolları və onların üstünlükləri barədə danışırıq. Biz istixanalar tikmək istəyən peşəkarlar, potensial sifarişçilər ilə ünsiyyət qurmaqda maraqlıyıq və yeni hazır məhsul tədarükçüləri ilə əməkdaşlıq əlaqələri qurmaq istərdik.

Biz “CaspianAgro” sərgisini geniş informasiya mübadiləsinə imkan verən, bazardakı aktual təkliflər barədə məlumat verən faydalı tədbir hesab edirik. Mən düşünürəm ki, belə sərgilər tez-tez keçirilməlidir.


TƏRƏFDAŞLAR