Xəbərlər

Caspian Agro - Pilotsuz uçuş aparatlarından (Dronlardan) aktual istifadə Pilotsuz uçuş aparatlarından (Dronlardan) aktual istifadə
17.05.2017

Xəbərlər

Romal Nəcəfov, “AZDynamics” şirkətinin təsisçisi

– Bizim şirkət yeni yaradılıb və şirkətimizin əsas fəaliyyət istiqaməti robot texnikaları və PUA-ların (dronların) istehsalı ilə bağlıdır. Hazırda dünya praktikasında dövlət layihələrinin reallaşdırılmasında PUA-dan istifadə aktuallaşıb. Bizim şirkət tərəfindən istehsal edilmiş aparatlar energetika, neft və kənd təsərrüfatı sektorlarında faydalı ola bilər. Bu aparatların köməyi ilə dəqiq “gps” xəritələr çəkmək mümkündür. PUA-lar kənd təsərrüfatında çoxspektrli termal təhlillərin aparılmasını təmin edir.

Biz elmi-tədqiqat işlərini də davam etdiririk. Bütün dünyada tanınan, kənd təsərrüfatı sektoru üçün nəzərdə tutulmuş xidmətlər Azərbaycanda ilk dəfə olaraq bizim şirkət tərəfindən təqdim edilir. Biz 2015-ci ildə “BakuTel” sərgisində iştirak edərək orada başqa texnikanı nümayiş etdirmişdik. Tədbirin nəticələri bizi qane etdi, belə ki, bu günə kimi əməkdaşlıq etdiyimiz yaxşı tərəfdaşlar bazası yarada bilmişik. Buna görə də, biz bu sərgidə məmnuniyyətlə iştirak edirik. Biz bu gün burada yeni xidmət növünü təqdim edirik və ümidvarıq ki, yerli şirkətlər bu xidmətə maraq göstərəcəklər. Biz kənd təsərrüfatı sənayesində gələcək də məhsul istehsal etmək niyyətindəyik və öz texnoloji yeniliklərimizlə maksimum faydalı olmaq istərdik.


TƏRƏFDAŞLAR