COVID-19 ilə bağlı ehtiyat tədbirləri

Sərgilərdən əvvəl və sərgi zamanı sərgi sahəsində olan şəxslər üçün ümumi məlumat və qaydalar

2021-ci ilin iyun ayından etibarən, “Caspian Event Organisers” şirkətinin təşkil etdiyi hər bir sərgi təhlükəsizlik və sağlamlığın mühafizəsi ilə bağlı bütün yeni tələb və tövsiyələrə tam uyğun qaydada həyata keçirilir. Aşağıdakı qaydaları diqqətlə oxumağınız xahiş olunur. Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq, bu qaydaların pozulması inzibati cəza tədbirinin tətbiqinə səbəb olacaq:
Giriş yalnız dəvətnamə ilə mümkündür (dəvətnamə təşkilatçılar tərəfindən poçt vasitəsi ilə göndərilməklə və ya elektron qeydiyyatdan keçərək əldə edilə bilər)
Qoruyucu tibbi maskalardan istifadə etmək və bu maskaları gün ərzində (mütəmadi olaraq) dəyişmək zəruridir
Müəyyən edilmiş sosial məsafə (ən azı 1,5 metr) saxlanılmalıdır
Görüşərkən əl sıxmaq və vizit kartlarını mübadilə etməkdən çəkinin
Sərgilərə giriş və çıxışdan əvvəl, əllərinizi dezinfeksiya edin
Sərgilərdə (gün ərzində) əllərinizi tez-tez dezinfeksiya edin
İşgüzar proqramın sahəsinə / sərgi pavilyonuna girişdə bədənin hərarətinə nəzarət olunur
Səhhətiniz pisləşdikdə və ya özünüzdə xəstəlik əlamətləri müşahidə etdikdə, lazımi tibbi proseduraların tətbiqi üçün təcili tibbi yardım mərkəzinə müraciət etmək lazımdır (Bakı Ekspo Mərkəzi, 1-ci mərtəbə)
Bakı Ekspo Mərkəzində qoruyucu tibbi maska taxmaq, sosial məsafəni qorumaq və digər tələblərə “COVID Patrul” tərəfindən nəzarət olunacaq
Sağlamlığınıza məsuliyyətlə yanaşmağınızı və müəyyən edilmiş qaydalara bizimlə birlikdə ciddi riayət etməyinizi xahiş edirik!