EN
RU
Şəxsi kabinet
13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
15 - 17 may 2019 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Yeni xidmət / Yeni məhsul

Fotoqalereya

Rəsmi kataloq
Sərgi » Sərginin keçirildiyi yer və iş rejimi


Tədbirin iş saatları  ↑ 

 

15 may, Çərşənbə   11:00 - 18:00
16 may, Cümə axşamı   10:00 - 18:00
17 may, Cümə   10:00 - 16:00

 

Nəzərinizə çatdırmaq istərdik ki, ziyarətçilərin tədbirə girişi tədbirin iş vaxtının bitməsinə 30 dəqiqə qalmış dayandırılacaqdır.


Keçirildiyi yer  ↑ 

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi
Ünvan: AZ1050, Azərbaycan, Bakı,
Suraxanı rayonu, Heydər Əliyev pr., 515

Sərgiyə necə gəlmək olar:

"Bakı Ekspo" Sərgi və Toplantı Mərkəzi Heydər Əliyev adına Beynəlxalq Hava Limanından 3 dəqiqəlik məsafədə yerləşir.

Sərgi ziyarətçiləri şəhər nəqliyyatından faydalana bilərlər:

  • "Koroğlu" metro stansiyasından - N 136, 160, 171

 

 

Ziyarət qaydaları  ↑ 


Sizi tədbiri ziyarət edən qonaqlardan biri kimi salamlamağa məmnunuq!

  • 15 - 17 may tarixlərində sərgiyə yalnız bu sahənin mütəxəssisləri və iş adamları daxil ola bilərlər.  
  • Sərginin mövzusuna aid fakültələrin tələbələri sərgini 15 - 17 may tarixlərində, girişdə tələbə biletini təqdim etməklə, ziyarət edə bilərlər. Digər fakültələrin tələbələri sərgiyə buraxılmayacaqlar. 
  • Yaşı 16-dan az olan şəxslər sərgiyə buraxılmayacaqlar.

Siz tədbiri dəvətnamə və ya tədbirin internet səhifəsində qeydiyyatdan keçməklə əldə edəcəyiniz elektron biletlə ziyarət edə bilərsiniz. Vebsaytda qeydiyyatdan keçməklə, Siz tədbirə dair bütün materialları "FAST TRACK" masasından alacaqsınız və bununla da tədbirdə qeydiyyat üçün sərf edəcəyiniz vaxta qənaət etmiş olacaqsınız.

Ziyarətçinin döş nişanı bu imkanları verir:

  • Tədbirin bütün iş günlərində tədbiri pulsuz ziyarət etmək;
  • Qeydiyyatdan keçmək üçün növbəyə durmadan tədbirə daxil olmaq;
  • Tədbir ilə bağlı məlumatlar paketini əldə etmək;
  • Tədbirin işgüzar proqramında iştirak etmək (seminarlar, konfranslar, təqdimat mərasimlərində iştirak etmək üçün ayrıca dəvətnaməyə ehtiyac yoxdur).

» Dəvətnaməni əldə edin


Sərgi kompleksinin ərazisində servis xidmətləri  ↑ 
  • Tibb məntəqəsi
  • Restoran
  • Qəhvə evi
  • Bankomat
  • Sərgi təşkilatçılarının stendi
  • Enerji yükləmə stansiyası
  • Ezamiyyət sənədlərinin rəsmiləşdirilməsi

 

 


Sizi tədbirdə gözləyirik!


TƏRƏFDAŞLAR