![]() |
13-cü Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi![]() ![]() |
“Caspian Agro” sərgisi kənd təsərrüfatı məhsulları və ərzaq istehsalçılarının iri regional forumudur. Regionun ən çox ziyarət olunan və kütləvi informasiya vasitələrində ən çox işıqlandırılan sərgilərindən biri kimi, bu tədbirin məqsədi regionda kənd təsərrüfatının davamlı inkişafına, Azərbaycan Respublikasının aqrosənaye kompleksində mütərəqqi texnologiyaların texniki tətbiqinə, qabaqcıl təcrübə mübadiləsinə, eləcə də yerli və xarici fermerlər arasında qarşılıqlı faydalı işgüzar əlaqələrin möhkəmləndirilməsinə kömək etməkdir. Sərgi iştirakçıları aralarında idxalçılar, ixracçılar, distribyutorlar, fermerlər, habelə topdan və pərakəndə satış müəssisələrinin nümayəndələri olan eksponentlər və ziyarətçilərlə görüşmək üçün əla imkan qazanacaqlar.
Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyevin sərgini son illər ərzində ziyarət etməsi aqro və qida sənayesinə verilən önəm, həmçinin sərginin əhəmiyyətini bir daha vurğulayır.
2018-ci ildə keçirilən sərgi üzrə yekun göstəricilər:
SƏRGİNİN ƏSAS BÖLMƏLƏRİ