Azərbaycana giriş qaydaları

COVID-19 pandemiyası dövründə AZAL-ın xüsusi reysləri ilə Azərbaycana səyahət edən sərnişinlərin nəzərinə.

Həmin reyslərə aşağıdakı şəxslər buraxılır:

  • Azərbaycan vətəndaşları
  • Azərbaycan Respublikasında akkreditə olan xarici diplomatik nümayəndəlik və konsulluqların rəhbərləri, əməkdaşları və onların ailə üzvləri;
  • Valideynlərdən biri, qardaşı, bacısı, həyat yoldaşı, övladı, babası, nənəsi və ya nəvələri Azərbaycan Respublikası vətəndaşı olan əcnəbilər, o cümlədən belə sərnişinlərin ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları);
  • Azərbaycan Respublikasında işləmək icazəsi olan əcnəbilər;
  • Azərbaycan Respublikasında müvəqqəti və ya daimi yaşamaq icazəsi olan əcnəbilər.

Yuxarıda göstərilən şəxslərin hər biri qeydiyyat zamanı uçuşdan əvvəl 72 saat ərzində alınan COVID-19 dair PCR testin mənfi nəticəsi haqqında arayış təqdim etməlidir. Bir yaşdan aşağı olan uşaqlar üçün PCR testi tələb olunmur. Uşağın yaşı gediş tarixində müəyyən edilir.

Həmçinin, yuxarıda qeyd olunan sərnişin kateqoriyalarına əlavə olaraq, Rusiya, Türkiyə, ABŞ, Bəhreyn, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, İsrail, Macarıstan, Qətər, Almaniya, Avstriya, Belçika, Çexiya, Danimarka, İrlandiya, İspaniya, İsveç, İsveçrə, Kanada, Lüksemburq, Malta, Niderland, Polşa, Portuqaliya, Serbiya, Sinqapur, Sloveniya, Slovakiya, Yunanıstan, Çin, Estoniya, Finlandiya, Fransa, Honq-Konq, Xorvatiya, İslandiya, İtaliya, Latviya, Litva,Malayziya, Səudiyyə Ərəbistanı və Yaponiya vətəndaşları və rezidentləri aşağıda müəyyən edilmiş şərtlərlə və Azərbaycan Respublikasının pasport və viza qaydalarına əsasən aviaşirkətin xüsusi reyslərinə buraxılır:

  • Yaşı 18-dən yuxarı olan sərnişinlərin COVID-pasportu (tam vaksinasiya olunması və ya COVID-19 xəstəliyindən sağalması barədə rəsmi sənədin və uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədi təqdim olunmaqla. COVID-pasportu və ya immun sertifikatı elektron yoxlama xüsusiyyətlərinə sahib olmalıdır. Bu sənədlər hava limanında qeydiyyat masasında yoxlanılacaq.
  • 1 yaşdan 18 yaşadək olan sərnişinlərin uçuşdan əvvəl 72 saat ərzində COVID-19-a dair PCR testin neqativ nəticəsini təsdiq edən rəsmi sənədin təqdim olunması. 1 yaşdan aşağı olan uşaqlar üçün COVID pasport və PCR test nəticələrinə dair sənədlər tələb olunmur.

Arayışda QR-kodun olması arzuolunandır, çünki PCR testinin nəticələri barədə ətraflı məlumatı daha operativ şəkildə əldə etməyə imkan verir. Beləliklə, QR-kod ilə arayış təqdim edən sərnişinlər sərhəd nəzarətindən daha sürətli keçəcəklər, belə ki, bu unikal kod PCR testinin nəticələri barədə tam məlumat verəcəkdir. COVID-19 üçün PCR testinin mənfi nəticəsi qeyd olunan, lakin üzərində QR-kod olmayan arayışı təqdim edən sərnişinlər, mövcud tələblərə uyğun olaraq, daha dəqiq yoxlamadan keçəcəklər. Sərnişinlər bu yoxlamanın əlavə vaxt aparacağını nəzərə almalıdırlar.