Yeni xidmətlər

Hörmətli ziyarətçi!

Təşkilatçılar sərgidə iştirakınızı təmassız (“hands-free”) etmək və eksponentlərlə fiziki təmasınızı azaltmaq üçün iki yeni xidmət növünü tətbiq edirlər.

  • İştirakçıların promo materiallarını yükləmək üçün QR kodu

    Sərgi iştirakçıların döş nişanında (“badge”) və stenddə iştirakçı şirkətin promo materiallarına keçidi təmin edən QR kodu yerləşir. Siz mobil tətbiq vasitəsi ilə QR kodu skan edərək həmin promo materiallarını elektron formatda birbaşa elektron poçtunuza qəbul edə bilərsiniz
    Diqqət: Bu xidmətdən istifadə etmək üçün siz mobil tətbiqi yükləməlisiniz.

  • İştirakçılarla əlaqə məlumatlarınızı bölüşmək üçün QR kodu

    Sizin ziyarətçi döş nişanınızda (“badge”) sizin əlaqə məlumatlarınızı ehtiva edən QR kodu olacaq. Sərgidə eksponentlə əlaqə məlumatlarının mübadiləsini aparmaq üçün döş nişanınızdakı (“badge”) QR kodunu skan etməyi təklif etməyiniz kifayətdir. Bu, vizit kartlarının mübadiləsi zamanı fiziki təmasın qarşısını almağa kömək edəcək və sərgidə əlaqə məlumatlarının toplanılması və işlənməsi prosesini əhəmiyyətli dərəcədə sürətləndirəcəkdir.