EN
RU
12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi
16 - 18 may 2018 Bakı Ekspo Mərkəzi
caspianagro

Dəvətnaməni əldə edin

Sərgi qəzeti

Fotoqalereya

Rəsmi kataloq
Caspian Agro - Sərgi ilinin yekunları – 2017
Media мərkəz » Xəbərlər

Sərgi ilinin yekunları – 2017
05.02.2018

Xəbərlər

2017-ci ildə “CEO” şirkəti tərəfindən 13 tədbir – “Caspian Agro”, “Education”, “Career”, “Caspian Ecology” və “Bakutel” sərgiləri uğurla həyata keçirilmişdir. Bu tədbirlərdə ümumilikdə dünyanın 31 ölkəsindən 558 şirkət iştirak edib (sərgiyə gələn peşəkar ziyarətçilərin sayı 21.756 nəfər olmuşdur). Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri İlham Əliyev “Caspian Agro” və “Baktuel” sərgilərini ziyarət etmiş, həmçinin iştirakçı və qonaqlara salamlama məktubu ünvanlamışdır. 2017-ci ildə keçirilən sərgilərin qonaqları arasında xarici ölkələrin yüksək səviyyəli şəxsləri, eləcə də Azərbaycan Respublikasından nazirlər və sənaye nazirliklərinin digər nümayəndələri var idi. 

Ənənəvi sərgilərdən əlavə olaraq “CEO” şirkəti “Sağlam Təhsil – Sağlam Millət”- Görülən İşlər, Nailiyyətlər, Perspektivlər, Tayland Turizm Şirkətlərinin Biznes Forumu, 41-ci Dünya Skaut Konfransı, Avropa Günləri 2017 (Lənkəran və Masazır), Yaponiya Məhsulları Sərgisi, RecExpo sərgisi və Rusiyanın ixrac mərkəzinin Azərbaycanda nümayəndəliyinin açılış mərasimində iştirak etmişdir.

Hər sərgi çərçivəsində təşkil olunan bir çox maraqlı və aktual diskussiyalar, habelə məruzə və təqdimatlar bu sərgi ilinin fərqləndirici cəhəti olmuş və həm ziyarətçilər, həm də iştirakçılar üçün əlavə və maraqlı interaktiv meydançaya çevrilmişdir. Keçirilən bu tədbirlər ilə bağlı məlumatlar sırasında müsbət rəyləri və “Caspian Agro”, “Education” və “Bakutel” sərgiləri çərçivəsində təşkil olunan “B2B” formatlı görüşlərin səmərəliliyini qeyd etmək lazımdır. “B2B” formatlı görüşlər həm sərgi iştirakçıları, həm də qonaqlar tərəfindən çox müsbət qarşılanmışdır və buna görə də təşkilatçılar bu təcrübəni 2018-ci ildə də davam edəcəklər.

Bundan əlavə, sərgilərin proqramına müxtəlif seminar və konfranslar da daxil edilmişdi. Beləliklə, ilk dəfə olaraq “Caspian Ecology” sərgisi çərçivəsində təşkilatçılar tərəfindən “Funksional Ekologiya və Ətraf mühit” mövzusunda konfrans keçirilmişdi. Həmçinin “Bakutel 2017” sərgisinin təşkilatçıları tərəfindən planlaşdırılmış işgüzar proqram çərçivəsində “Birləşmiş dünyada yeni imkanlar” mövzusunda İKT konfransı keçirilib. “Education” sərgisinin işgüzar proqramı çərçivəsində “Mənim gələcək peşəm və ona gedən yol”, “Özəl məktəb və Universitetlərdə Sağlam Təhsil pedaqogikası”, “Sağlam Təhsil müəllimləri üçün Ebru” və “Avropa Birliyində təhsil almaq üçün viza sənədlərinin təqdim edilməsi və Aİ-nin Visa Məcəlləsinin Xüsusiyyətləri” adlı mövzular müzakirə olunub.

2017-ci ildə “СЕО” şirkəti sərgidə daha səmərəli iştirakı təmin etmək məqsədi ilə eksponentlər üçün bir sıra tədbirlər keçirmişdir. Belə ki, ilk dəfə olaraq, “Caspian Agro” və “Bakutel” sərgilərinin iştirakçıları üçün işgüzar səhər yeməyi təşkil olunmuş və burada eksponentlərlə yanaşı, təşkilatçıların nümayəndələri də iştirak etmişlər. İşgüzar səhər yeməyinə xüsusi dəvət olunmuş peşəkar təlimatçı-metodist rəhbərlik edirdi. Həmçinin bu səhər yeməklərində sərgilərdə uğurlu iştirakın düsturu təqdim olunmuş, stendin təşkili ilə bağlı önəmli məsələlərə, o cümlədən işçi heyətin hazırlığı, ziyarətçilərin stendə cəlb olunması və bir sıra digər mövzulara toxunulmuşdur. Təlimatçı-metodist sərgilərdə əlaqələrin qurulması üçün bütün resurslardan maksimum istifadə etməyin əhəmiyyətini vurğulamış və təşkilatçının sərgiyə qədər, sərgi əsnasında və sərgidən sonra pulsuz olaraq təklif etdiyi imkanları xatırlatmışdır. 

Payız sərgi mövsümü ərəfəsində sərgilərdə iştirak təcrübəsinin sistemləşdirilməsi və daha da zənginləşdirilməsi məqsədi ilə başqa bir tədbir - “Sərgilərdə daha səmərəli iştirak üçün nə etməli” adlı seminar keçirildi. Bu seminarın əsas məqsədi eksponentlərin “özlərinə kənardan nəzər salmalarına” və geniş yayılmış xəta və stereotiplərdən uzaqlaşmalarına köməklik etmək, habelə sərgilərdə maksimum nəticələr əldə etmək üçün nə etmək, ən əsası isə NECƏ etmək lazım olduğunu göstərmək idi. Tədbirdə şirkət rəhbərləri, direktorlar və marketinq, reklam, təşviqat və satış üzrə menecerlər, eləcə də sərgidə iştiraka görə cavabdeh olan şirkət əməkdaşları iştirak ediblər. 

Sərgilərin uğurlu keçirilməsində tərəfdaş və sponsorların rolu mühüm əhəmiyyət kəsb edir. Belə ki, 2017-ci ildə sponsorlar qismində “Azercell”, “Kapital Bank”, “Maschio Gaspardo”, və ilk dəfə olaraq Niderland Krallığı Caspian Agro sərgisinin tərəfdaş ölkəsi qismində çıxış edirdi. “Caspian Event Organisers” şirkətinin 2017-ci il üzrə tərəfdaşları arasında “Premier Tour” şirkəti (rəsmi turoperator), “Qafqaz Point Hotel” və “Hyatt Regency” mehmanxanaları (rəsmi otellər) və “Aqil və Bilgi” (uşaq zonası) yer alıb. “Bakutel” sərgisi çərçivəsində Azərbaycanın “@sandiqca” brendinin stendi təşkil olunmuş və bu stenddə toxunma çanta və səbətlər, eksklüziv bəzək əşyaları, şüşə və qab-qacaq üzərində yazı, toxuma və bahalı ipək tikmələri nümayiş etdirilmişdir. Brendin təsisçisi Rəna Yüzbaşı ilə əməkdaşlıq sosial şəbəkələrdə də davam etmişdir. 

Hal-hazırda, yeni sərgi mövsümünə fəal hazırlıq gedir və bu mövsüm bir-birindən maraqlı hadisələrlə zəngin olacaq. 2018-ci ildə “Caspian Event Organisers” şirkəti 9 sərginin keçirilməsini planlaşdırır: 1-ci Azərbaycan Beynəlxalq Françayzinq Forumu “Caspian Franchise Forum 2018”, 1-ci Azərbaycan Beynəlxalq Hədiyyələr və Promo Məhsulları Sərgisi “Gift&Promo Fair” и 1-ci Azərbaycan Beynəlxalq Reklam və Çap İşləri Sərgisi “AdPrint 2018”. Həmçinin bu il 12-ci Azərbaycan Beynəlxalq  Kənd Təsərrüfatı Sərgisi “Caspian Agro”, 12-ci Azərbaycan Beynəlxalq Təhsil və Karyera Sərgiləri, 9-cu Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisi “Caspian Ecology” və 24-cü Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgi və Konfransı “Bakutel” sərgiləri keçiriləcək. Artıq üçüncü dəfə Bakıda 3-cü Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçiriləcək - iki ildən bir təşkil olunan “ADEX” sərgisi müasir silah və texnikanın, eləcə də Azərbaycan müdafiə sənayesi kompleksinin güc və qüdrətinin nümayiş olunduğu məkandır. Bundan əlavə, iyun ayında “CEO” şirkətinin təşkilatı dəstəyi ilə Milli Dənizkənarı Parkda ənənəvi “EuroVillage 2018” tədbiri keçiriləcək.

“CEO” şirkətinin keçirdiyi bütün tədbirlərə dövlət strukturları tərəfindən yaxından dəstək göstərilir. Onların arasında: Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Respublikası Təhsil Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi, IDEA, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK). 2018-ci ildə keçirilən sərgilərin siyahısı ilə www.ceo.az saytında tanış ola bilərsiniz. #CaspianEventOrganisers #BakuExhibitions



TƏRƏFDAŞLAR