Saytın xəritəsi
Əlaqə
Arxiv
English
version
Русская
версия







“CaspianAgro 2017”: Kənd təsərrüfatının ən mühüm tədbiri!

May ayının 17 Bakı Ekspo Mərkəzində 11-ci Azərbaycan Beynəlxalq  Kənd Təsərrüfatı “CaspianAgro”  sərgisi öz işinə başladı. Sərgilərin təşkilatçısı qismində “Iteca Caspian” və “ITE Group” şirkətləri çıxış edirlər.



Sərginin mətbuat konfransı keçirildi və mətbuat konfransında İlham Quliyev – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirinin müavini, Edvard Stroon və Zarina Məmmədova – “CaspianAgro” sərgisinin meneceri iştirak ediblər. Mətbuat konfransı zamanı KİV nümayəndələrinə sərgi ilə bağlı, həmçinin xarici iştirakçıların sərgidə hansı yenilikləri təqdim etdiyi və bu sahə ilə bağlı ölkə üçün yeniliklər haqqında ətraflı məlumat təqdim olunmuşdu. Mətbuat konfransında 36 KİV nümayəndələri iştirak etmişdi, onların arasında televiziya və xəbər portalları: AzTv, Lider, ATV, ARB, ITV, CBC, TREND, Azertag, Report və s.

Sərgilərin birinci günü Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva “CaspianAgro” sərgisi ilə tanış olublar.

Prezident İlham Əliyev Almaniya istehsalı olan “Holmer” kombaynı işə saldı.

Sərginin təntənəli açılış mərasimində çıxış edən Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Heydər Əsədov qeyd etdi ki, qloballaşma və yer kürəsi əhalisinin artması fonunda ərzaq təhlükəsizliyi və əhalinin qida məhsulları ilə təmin edilməsi müasir bəşəriyyətin aktual problemidir. Müvafiq olaraq, bu sərginin keçirilməsi, sənayenin yeni məhsul və təcrübələrinin nümayişi, beynəlxalq işgüzar əlaqələrin qurulması, peşəkarların görüşləri və xarici həmkarları təcrübəsi aqrar sənayenin yeni inkişaf mərhələsini təmin edir. Sərgi iqtisadiyyatın şaxələnməsini əks etdirir və yerli bazarın dünya miqyasında inkişaf potensialını göstərir.

Çex Respublikası kənd təsərrüfatı nazirinin müavini c-b Jiri Şir qeyd etdi ki, ölkələrimiz arasında ənənəvi olaraq uğurlu iqtisadi əlaqələr qurulub və sərgi Azərbaycan və Çexiya arasında işgüzar əlaqələrin sabit şəkildə möhkəmlənməsinə kömək edir və xalqlarımızın həyat səviyyəsinin artırılmasına öz təsirini göstərir.

Cənab Edvard Stroon təşkilatçıları adından sərgiyə verdiyi dəyərli dəstəyə görə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlığını bildirdi və vurğuladı ki, “CaspianAgro” sərgisi həmişə olduğu kimi Xəzəryanı regionun ən mühüm sənaye tədbirlərindən biridir. Sərginin hər il sabit inkişafı kənd təsərrüfatı sektorunun Azərbaycan üçün əhəmiyyətini, bu sektorun ölkə iqtisadiyyatına verdiyi töhfənin artdığını göstərir. Bu il ilk dəfə olaraq “CaspianAgro” sərgisi BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (BMT ƏKTT) tərəfindən dəstəklənir. “CaspianAgro” sərgisi Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK) tərəfindən dəstəklənir.

“CaspianAgro 2017” sərgisi dünyanın 19 ölkəsini təmsil edən 167 kənd təsərrüfatı məhsul və avadanlıqlarının istehsalçılarını, distribyutorlarını bir araya toplayıb. İştirakçı ölkələr arasında Azərbaycan, Belarus, İtaliya, Çin, Rusiya, Türkiyə, Şri Lanka və başqa ölkələr yer alır. Gürcüstan, Niderland Krallığı və builki debütant Çinin Jianqxi (Ciangşi) vilayəti sərgidə milli qruplarla çıxış edir. Niderlanda Krallığı ilk dəfə olaraq sərginin tərəfdaş ölkəsi qismində çıxış edir.

Tədbirin qeydiyyat sponsoru “Maschio Gaspardo” şirkətidir.

Bu il sərgidə iştirakçılarının tərkibi daha əvvəl tədbirdə iştirak etməmiş şirkətlərin hesabına 30% artıb. Ümumilikdə, sərgi kənd təsərrüfatı sənayesinin ən aktual sahələrini əhatə edir və  bir sıra yeniliklərlə tanış olmaq üçün ideal imkan yaradır. Bu yeniliklərə quşçuluq fabrikləri üçün avadanlıqlar, istixana avadanlıqları, suvarma sistemləri, heyvandarlıq sektoru üçün avadanlıqlar, substratlar, heyvan və balıq yemləri, toxumlar, mineral gübrələr, kənd təsərrüfatı texnikası  və s. daxildir. Təqdirəlayiq haldır ki, bu sektorlarda xarici istehsalçılarla yanaşı, Azərbaycan şirkətləri də iştirak edirlər. Kənd təsərrüfatı texnikaları ekspozisiyası həm Bakı Ekspo Mərkəzinin daxilində, həm də açıq meydançasında yerləşir. Burada “Gəncə Avtomobil Zavodu”, “Azertexnika”, “Klever”, “Rostselmaş”, “Qomselmaş”, “Cansa”, “John Deer”, “ASENA KO”, “Amcodor” və digər istehsalçı və distribyutorların müxtəlif kənd təsərrüfatı məhsulları toplayan maşınlar, qazıntı, əkin maşınları, kombaynları ilə tanış olmaq mümkündür.

Ənənəvi olaraq hər “CaspianAgro” sərgisinə regionlardan işgüzar turlar təşkil olunur. Bu turların məqsədi Azərbaycan iş adamlarını yeni texnologiyalar, təcrübə mübadiləsi və yüksək keyfiyyətli məhsul istehsalı ilə tanış eləməkdir. Bu il “Aqrolizinq” ASC-nın köməyi ilə Azərbaycanın 45 bölgəsini təmsil edən sahibkar və fermerlər sərgini ziyarət edəcəklər. Sərgi may ayının 19-dək davam edəcək.




QEYDİYYAT SPONSORU

TƏRƏFDAŞ ÖLKƏ


BİZƏ QOŞULUN!
Baş xəbərlər
RƏSMİ DƏSTƏK

Azərbaycan Respublikasının
Kənd Təsərrüfatı Nazirliyi
RƏSMİ MEHMANXANALAR
Qafqazpoint


Hyatt Regency
VALYUTA MƏZƏNNƏSİ
  26/07/2017 27/07/2017
USD 1.7010 1.7010
EUR 1.9798 1.9984
GBP 2.2140 2.2356
RUR 0.0284 0.0286



Caspian Agro is Copyright © 2000-2017 Bütün hüquqlar qorunur. Hosted by VebTek